Dünyanın böyük torrent-trekerlərindən biri bağlandı: The Pirate Bay
“The Pirate Bay”-in Stolkhomda yerləşən data-mərkəzində polislər tərəfindən aparılan reyd zamanı torrent-treker offlayn rejimə keçirilmişdi. Nəticədə iki həftəyə yaxın treker offlayn rejimdə qalmışdır. Sonuncu dəfə belə hadisə 2006-cı il İsveç ərazisində yerləşən serverlərin həbsi ilə bağlı olmuşdu. Həmin vaxtlarda torrent-treker 2-3 gün müddətində işləmirdi. Bununla da 3 həm-təsisçi həbs olunmuşdu, yüzlərlə insan küçələrə çıxıb etiraz edirdi, sonda isə (3 gün sonra) şəbəkənin izləyiciləri ikiqat artdı.
Bir qədər əvvəl resursun həm-təsisçisi olan Peter Sunde belə bir şərh vermişdi: “Bu gün az adamı bu narahat edir, elə mənidə”.
Onun fikrincə, belə şeylər həmişə olub – bu normaldır. İş burasındadır ki, treker yenidən yaradılması çox asandır – torrent faylların ümumi həcmi 90 meqabaytdır.
Statistikaya istinadən ayrı-ayrı saytların bağlanması “piratizm”in qarşısını almır. Böyük trekerin bağlanması ilə digər kiçik torrentlərin giriş traffiki 10 %-ə qədər artıb, bununla belə torrent yükləyənlərin sayı 4 mln. İnsandan azdır.
IsoHunt (“The Pirate Bay”- qurucu komandası) öz “piratizm” ənənələrini davam etdirir. Həmkarlar artıq 15 dekabrda öz serverlərini bərpa edə bildilər və köhnə saytlarında axtarışı gücləndirdilər.
Bu pirat məhsulları sevənlər üçün yeganə sevindirici xəbər olmadı. “The Pirate Bay” komandası yeni bir layihə işləyib hazırladı. Bu da trekerin bağlanması vaxtı həm-müəllif tərəfindən söylənilələn fikrin anoloji ideyasıdır.
“The Open Bay” – adlandırılan layihəyə əsasən, hər kəs öz trekerini yarada biləcək:
“Bizim hədəfimiz (minlərlə trekerlərin yaradılması üçün) qaynaq kodunu açıq etməyimiz deyil, həm də vaxt keçdikcə tamamilə hər kəs üçün açıq, sərbəst bir treker bazası yaratmaqdır. Biz ictimaiyyəti yaratdığımız onlayn-mühərrikin inkişafı üçün yeni trekerlər qurmağa səsləyirik. – Dünyanın istifadəsi üçün tam azad və inkişaf edən sayt yaratmaq üçün”.
“The Open Bay”-ə vurulan zərbənin əvəzi qaytarıldı. Həm də təkcə dirçəlişlə deyil, yeni layihənin gücü ilə”.
Son həftə ərzində GitHub-ın statistikasına nəzərən, “The Open Bay” skriptinin yüklənməsi rekord səviyyəyə çatıb.
QEYD: TechNet.az heç bir halda pirat proqramları tövsiyyə etmir!