Enterprise Mobility Suite seminarı baş tutdu
Dəyərli dostlar!
Söz verdiyimiz kimi 27.12.2014-cü il tarixdə Elgüc Yusifbəylinin təqdimatında qrupumuz növbəti seminarını təqdim etdi. Seminarda Bulud Texnologiyaları və Microsoft şirkətinin komplekt şəklidə təqdim etdiyi Enterprise Mobility Suite məhsulu haqqında danışıldı.
Tədbirin ikinci hissəsində Microsoft Azure AD Premium, Microsoft Azure RM, Microsoft Intune-un funksionallıqları praktik olaraq nümayiş etdirildi.
Tədbirin sonunda ənənəvi xatirə şəkili çəkdirildi. Daha sonra müxtəlif mövzular ətrafında müzakirələrlər və təcrübə mübadiləsindən sonra tədbir başa çatdı.
Tədbirin keçirilməsində məkan və texniki dəstək üçün MİCROSOFT AZƏRBAYCAN-a, tədbirin mətbuatda işıqlandırılması üçün MEDİAFORUM-dan olan dostlarımıza minnətdarlığımızı bildiririk.
Şərhlər ( 1 )
Sükanı həmişə belə saxlayın Təbrik edirəm!