“Telnet Client” qurulumu

Salam dostlar, bu günki mövzumuz “Telnet Client”in qurulumudur. Telnet -şəbəkə protokolu olub internet yaxud da lokal şəbəkədə 2 tərəfli interaktiv xidmətlərdən istifadə edilməsi üçün nəzərdə tutulmuşdur.

Daha sadə dildə desək, telnet əsasən əməliyyat sistemi və ya terminal qurğular ilə interaktiv şəkildə işləmək üçün nəzərdə tutulmuşdur.

Lakin telnet protokolu lazımı dərəcədə təhlükəsiz olmadığı üçün onun əvəzinə əsasən Unix/Linux ƏS`lərdə hal-hazırda SSH (Secure Shell) geniş istifadə olunmaqdadır.

Bunun səbəbi isə telnet protokolunun açıq mətn (Plain Text) şəkildə məlumatı ötürməsidir ki,bu da məlumatın kənar şəxs tərəfindən dinlənilməsi, ələ keçirilməsi deməkdir.Belə ki,telnet protokolu məlumatın şifrələnməsini təmin etmir.Lakin bəzi hallar var ki biz orada Telnet`dən istifadə etməli oluruq.

Biz bu məqalədə Windows Server 2012`də və Windows 8.1 əməliyyat sistemlərində Telnet Client`in qurulmasından bəhs edəcəyik. Telnet servisi Windows Server 2012`də və Windows 8.1 əməliyyat ƏS`lərində, qurulmuş halda olmur. Telnet`in qurulu olub-olmamağını yoxlamaq üçün, CMD ekranında “Telnet” yazıb yoxlayaq.

1
Gördüyünüz kimi, xəta ilə qarşılaşdıq. Telnet Client`in qurulmasını CMD, Powershell GUI üzərindən göstərəcəyik

Windows Server 2012 R2

Windows Server 2012 R2 əməliyyat sistemində Telnet Client`i, Command Promt`la qurmaq istəsək aşağıdakı əmrdən istifadə edə bilərik.

pkgmgr /iu:"TelnetClient"

Windows Server 2012 R2 əməliyyat sistemində Telnet Client`i, Powershell ilə qurmaq istəsək aşağıdakı əmrdən istifadə edəcəyik.

install-windowsfeature "telnet-client"

Windows Server 2012 R2 əməliyyat sistemində Telnet Client`i, GUI üzərindən qurmaq istəsək “Server Manager” konsolunda “Manage->Add Roles and Features” deyirik və “Features” pəncərəsinə qədər gəlirik. Orada “Telnet Client” seçib, “Next” düyməsi ilə davam edirik.
2

Telnet Client servisini GUI vasitəsi ilə server`imizə yükləmiş olduq.
3

Telnet`i açmaq üçün, Start->Run pəncərəsini açıb “Telnet” yazıb Enter düyməsini sıxırıq. Gördüyünüz kimi artıq “Telnet” pəncərəsindəyik.
4

 
 
Windows Server 8.1

Windows 8.1 ƏS`də, Command Promt`dan istifadə edərək, Telnet servisini qura bilərik. CMD`də daxil edəcəyimiz əmr, Windows Server 2012 R2 əmr ilə eynidir.

pkgmgr /iu:"TelnetClient"

Windows 8.1 ƏS`də Telnet Servisini GUI ilə qurmaq üçün, Control Panel`ə daxil olub (appwiz.cpl), “Programs and features” pəncərəsini açaq. Açılan pəncərədə sol küncdə yerləşən “Turn Windows features on or off” düyməsini sıxaq.
5

Qarşımıza  “Windows Features” pəncərəsi açılacaq. Bu pəncərədə “Telnet Client” seçib, “OK” düyməsi ilə qurulma prossesinə başlayaq.
6

Bununla da biz Windows 8.1 ƏS`inə Telnet Client`i qurmuş olduq.
7

Eyni şəkildə Telnet`i açırıq.
8

Əziz dostlar bu məqaləmizdə, Telnet Client`in qurulmasından bəhs etdik. Yararlı olması ümidi ilə
 

Səs: +80. Bəyənilsin Zəifdir

Müəllif: Turqut Vəliyev

Şərh yazın