Excel faylının fərqli pəncərələrdə açılması
Salam dostlar.
Bu yaxınlarda əməkdaşlarımızın excel fayllarından daha səmərəli istifadə və iki fərqli fayllardakı məlumatları müqayisə edə bilmələri üçün “Excel faylının fərqli pəncərələrdə açılması” kimi bir tələb irəli sürdülər. İnternet axtarışlarının nəticəsi olaraq iki fərqli həll yolu tapdım.
1) Dynamic Data Exchange (DDE) istifadəsini qadağan etmək;
2) regedit.exe -də dəyişiklik etməklə.
1-ci həll yolunun mənfi cəhətlərindən biri digər proqramlarla (Application) dinamik məlumat mübadiləsinin qadağan edilməsidir. Bu şirkət daxilində istifadə olunan mühasibatlıq proqramları ilə ziddiyyət yarada və normal işləməsini korlaya bilər. Hər ehtimala qarşı bu həll yolunu da göstərmək fikirindəyəm.
Advanced-dən “Ignore Other Applications That Use Dynamic Data Exchange (DDE)” seçimini işarələyirik.
2-ci həll yolu üçün WIN + R birləşməsindən sonra açılan pəncərəyə regedit.exe yazırıq və ENTER düyməsini sıxırıq.
Qeyd: Registr faylları ilə işləyərkən öncədən ehtiyyat nüsxəni götürməyi unutmayın. Burda etdiyiniz yanlış dəyişikliklər bilgisayarınızın normal işləməsinə təsir edə bilər.
Sonra aşağıdakı HKEY_CLASSES_ROOT/Excel.Sheet.12/shell/Open/command keçidlərlə getməliyik.
Command qovluğunun içindəki command dəyərinin üzərində sağ düymə açırıq və dəyiş deyirik.
Dəyərin sonuna “%1″ yazısını əlavə edirik.
Sonra command qovluğunda olan command dəyərinin adını dəyişərək sonuna 2 rəqəmini əlavə edirik.
Sonra, ddeexec qovluğunun adını dəyişirik, (HKEY_CLASSES_ROOT/Excel.Sheet.12/shell/Open/ddeexec), sonluğuna 2 əlavə edirik. (ddeexec2)
Yuxarıdakı dəyişiklikləri ExcelSheet8 üzərində də eynilə həyata keçiririk.
Regedit.exe-ni bağlayırıq. İki fərqli Excel faylını aşırıq və nəticəni test edirik. WİN düyməsi və sağ / sol istiqamət düymələrilə faylı səhifənin tən ortasından iki tərəfə sığdırırq. Beləcə iki fərqli excel faylındakı dəyərləri rahat müqayisə edə bilərik.
Qeyd edim ki, bu problem Office 2013-də həll olunub.
Vəssalam. Kiçik, amma lazımlı məqalə olacağına və kiminsə işinə yarayacağına ümid edirəm. Təşəkkürlər.