Forest və Domain Functional Level`i downgrade etmək
Salam Dostlar, bildiyimiz kimi Forest və Domain Functinal Leveli yuxarı qaldırırıqsa, bunu aşağı salmaq olmur. Amma Windows Server 2012`də bunu powershell üzərindən aşağı salmağı öyrənəcəyik. Bunun üçün ilk öncə powershell üzərində aşağıdakı əmri yazırıq:
Import-Module –Name ActiveDirectory
Bundan sonra isə hal-hazırdakı Forest və Domain Functional Level`lərimizi aşağıdakı əmrləri yazaraq öyrənirik.
Get-ADForest | Format-Table Name, ForestMode
Get-ADDomain | Format-Table Name, DomainMode
Gördüyümüz kimi hal-hazırdakı Forest və Domain Functional Level`lərimiz Windows Server 2012`dir. İndi isə aşağıdakı əmrləri icra edərək, Forest və Domain Functional Level`lərimizi aşağı salaq.
Set-ADForestMode domain.local Windows2008R2Forest
Set-ADDomainMode domain.local Windows2008R2Domain
Yuxarıdakı əmrləri icra etdikdən sonra bir daha powershell və qrafik interfeysdən Forest və Domain Functional Level`lərimizi yoxlayaq.
Yuxarıdakı nəticələrdən gördüyümüz kimi artıq Forest və Domain Functional Level`lərimiz Windows Server 2008 R2`dir.
Düşünürəm ki, yararlı bir məqalə oldu.
Növbəti məqalələrdə görüşənə qədər…
Bu məqalə yazılarkən bəzi əmrlər blogs.technet.com`dan istifadə olunub.
Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCSA, CCNA, MCP, MCT