Fayllarla iş əmrləri (1-ci hissə)

Linux istifadəçisi gündəlik olaraq, fayllar yaratmalı, kopyalamalı, köçürməli və silməli olur. Fayl sistemində bu əməliyyatlar çox vacibdirlər.

Əvvəlcə fayl yaradaq.

touch – əmri cari qovluqda fayl yaradır. Əmri verərkən qarşısında yaratmaq istədiyimiz faylın adını yazırıq.

touch file_name

Burada file_name yaradacağımız faylın adıdır.

1

 

Bundan sonra istifadə edəcəyimiz bir məqamı qeyd edim. Artıq hər dəfə əmrləri yazarkən onların sintaksislərini də qeyd edəcəm. Bu zaman faylların qovluqların adları və s. bu kimi xüsusi yazılar olan hissəni < > işarələrinin daxilində yazacam. Lakin, əmrdə bu işarələr istifadə olunur. Məsələn, touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq:

touch <faylın adı>

Cari kataloqda sizin qeyd etdiyiniz adda fayl varsa, touch əmri həmin faylı yeniləyəcək. Məsələn, tutaq ki, sizin yaratmaq istədiyiniz faylın adı example-dir. Və sizin cari qovluqda da həmin adda fayl var. Onda mövcud olan fayl sanki sıfırlanacaq. Çünki, sizin yaratdığınız yeni fayl boşdur.

Eyni anda touch əmri ilə siz istədiyiniz qədər fayl yarada bilərsiniz. Bu zaman touch əmrinin sintaksisi aşağıdakı kimi olacaq.

touch <fayl 1> <fayl 2> <fayl 3> <fayl 4>

Məsələn,

2

cp (copy deməkdir) – əmri faylların kopyalanması üçün istifadə olunur.

Faylı hər hansı bir kataloqa kopyalamaq üçün cp əmrinin sintksisi aşağıdakı kimidir:

cp <faylın adı> <hansı kataloqa kopyalamalı>

 3

cp əmri vasitəsilə bir faylı cari kataloqa kopyalamaq olar, lakin, ona başqa ad vermək lazımdır. Bu zaman cp əmrinin sintaksisi aşağıdakı kimi olacaq.

cp <kopyalanacaq fayl> <yeni adı>

4

 

cp əmrinin bir çox parametrləri var. Onlardan ən çox istifadə olunanı -R parametridir. cp əmrini bu parametr ilə verdikdə kataloqu rekursiv olaraq kopyalayır. Yəni, içində nə varsa hamısı ilə birlikdə.

 cp -R <kopyalanacaq kataloq> <hansı kataloqa>

5

 

 

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Leyla Əliyeva

Şərhlər ( 1 )

  1. Afərin )))

Şərh yazın