05.04.2014 – Active Directory REAL LAB baş tutdu.

Aprel ayının 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində universitetin dəstəyi ilə TechNet.Az-ın növbəti seminarı “Active Directory Real LAB” baş tutdu. Universitetin Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı Akif Qasımov TechNet və iştirakçılarını salamladıqdan sonra, tədbirimiz başladı. Tədbirdə 35 nəfər iştirak edirdi. Məruzəçilər Elgüc Yusifbəyli Turqut Vəliyev Microsoft məhsulu olan Windows Serverlər üzərində Active Directory Arxitekturası, dizayntətbiq metodlarından danışdıqdan sonra, DC(Domain Controller) və ADC(Additional Domain Controllerin) saxlanmasını, Operations Master rollar daha sonra isə Migration(2008r2 -> 2012 r2), Seizing və nəhayət Demotingi praktiki olaraq göstərdilər. İştirakçıların çox böyük əksəriyyəti bütün əməliyyatları öz bilgisayarlarında tətbiq edə bildilər.

 

Qeyd: Bu seminarın təkrarı Aprel ayının 19-u Azərbaycan Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə həmən universitetdə baş tutacaq.

 

 

active-director-lab-056 active-director-lab-055 active-director-lab-054 active-director-lab-053 active-director-lab-052 active-director-lab-05

Müəllif: TechNet Bot

Şərh yazın