Windows 8.1 təqdim edildi.
Microsoft bu il San-Fransisko şəhərində keçirilən Build developerlər konfransında Windows Phone 8.1-ə dair detalları açıqladı. Windows Phone 8.1 versiyası ilə gələn yeniliklərdən biri olan Cortana adlı səsli köməkçini də tanıtdı. Microsoftun Bing axtarış motoru ilə çalışan Cortana eynilə Apple`ın Siri-si kimi müxtəlif mövzularda istifadəçilərə köməklik edəcək. İlk olaraq ABŞ-da işə salınacaq olan Cortana, ilin ikinci yarısında Çin və İngiltərəyə də tətbiq ediləcək.
Windows 8.1 ilə gələn yeniliklərdən biri də Action Center funksiyasıdır. Action Center informasiyadan istifadə, batereya vəziyyəti, yaddaş sahəsi və s. kimi məlumatlara nəzarət edilməsinə kömək edir.
Windows Phone 8.1 bütün Windows Phone 8 cihazları ilə uyğunlaşa bilir və yaxın zamanda bu cihazlara avtomatik yeniləmə yoluyla paylaşılmağa başlanacaq. Apreldən etibarən satılan cihazlarda isə bu versiya yüklənmiş olacaq.
Microsoftun ən böyük yeniliyi isə Windows versiyalarını 9 inçdən az tabletlər, telefonlar və internetə qoşulmaq üçün istifadə olunan digər bir neçə cihazlar üçün pulsuz etməyi oldu.
Əlavə məlumat üçün daxil olun.