Microsoft`dan “ağıllı saat”

Nokia və Microsoft halhazırda satışda olan ağıllı saatlardan çox daha fərqli bir cihaz istehsal etmək üçün təxminən 2 ildir çalışır. Adının açıqlanmasını istəməyən Microsoft işçisinin verdiyi məlumatlara görə Nokia və Microsoft cütlüyü tamamən fərqli bir cihaz istehsal edir. Windows Phone cihazları ilə çalışacaq saatın bir-birindən asılı olmayan ekranlardan ibarət olacağı haqda məlumat verilib. Əslində daha əvvəl Nokia tərəfindən alınan sərbəst ekranlar patenti də bu məlumatı dəstəkləyir. Microsoft Windows 8.1 üzərində bəzi dəyişikliklər edərək sistemi saata uyğun hala salıb. Bu əməliyyat sisteminin Windows Phone`da olduğu kimi digər istehsalçılar tərəfindən də istifadə ediləbiləcəyi və 2014-cü ilin sonunda satışda çox sayıda Windows ağıllı saatın olacağı da qeyd edilir. Şirkət bu cihazı may ayında təqdim etməyi və iyun ayında satışa buraxmağı planlayır.

Müəllif: Günel Yaqubova

Şərh yazın