Microsoft Office artıq I-Pad`də

Dünən San-Fransiskoda bir media tədbirində Microsoft Office`in ümumi meneceri Julia White şirkətin sonuncu mobil Office proqramını açıqladı. Microsoftun Office xidmətləri verən Excel, Power Point və Word proqramları I-Pad cihazlara gəldi. Bu proqramlar vasitəsilə faylları yarada və redaktə edə bilərsiniz. Hələlik sadəcə I-Pad cihazlarında çalışan bu proqramlar pulsuz təmin edilsə də, “Office 365 Home” adlı proqram üçün satın alma seçimləri də mövcuddur.
Word, Excel və Power Pointin daxil olduğu I-PAd üçün Office proqramı görünüşünə görə Windows və Mac`ın ekran versiyalarına oxşayır. Microsoft Office`in I-Pad proqramları PC`də fəaliyyət göstərən Excel, Power Point və Word proqramlarının, demək olar ki, bütün xüsusiyyətlərinə sahibdir. Word proqramı vasitəsilə mətin faylları hazırlaya bilər, Excel ilə cədvəllər və düsturlar qura bilər və Power Point ilə təqdimatlar hazırlaya bilərsiniz. Microsft Exceldə düstur və bərabərlikləri daha rahat qura bilmək üçün xüsusi rəqəmli klaviatura da var. White qeyd edir ki, “I-Pad`ə yönəldilmiş bu proqram tamamilə Microsoft proqramı deyildir.” Proqramların hər biri iOS`a doğmadır, cihazda və Microsftun One Drive xidmətində olan faylları dəstəkləyir. Power Point isə slaydları redaktə etməyə və birbaşa I-Pad`dən təqdim etməyə imkan verir.  Əgər iOS 7 və üstü bir I-Pad cihazınız varsa, Microsoft Word, Microsoft ExcelMicrosoft Power Point proqramlarını müvafiq linklərdən endirə bilərsiniz.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Günel Yaqubova

Şərh yazın