Android planşet HP 8

Planşet bazarında adı çox çəkilməyən HP 8 inçlik planşetini elan etdi. Münasib qiyməti ilə diqqət çəkən planşet səliqəli görünüşə malikdir. 7.85 inçlik ekranı olan planşet 1024 x 768 resolution olan ekrana, Android 4.2 Jeally Bean əməliyyat sisteminə sahibdir. Cihazın yaxın vaxtlarda 4.4 KitKat yenilənmə edib-etməyəcəyi isə hələ bəlli deyil. HP 8in 1 gb RAMı var və 16 gb daxili yaddaşa sahibdir. Əlbəttə ki, cihazın saxlama tutumunu microSD kard ilə artırmaq mümkündür. Cihazın üzərindəki stereo kalonkalar standart xüsusiyyətləri ilə mükəmməl səs keyfiyyəti vermir.
HP`nin açıqlamalarına görə, cihazın üzərindəki 3.800 mAh batereya planşeti 7 saat ərzində açıq saxlama imkanı verir.  HP 8 çəki olaraq da yüngüldür, ağırlığı 300 qramdır. Cihaz dizaynına görə iPad Mini`yə bənzəyir.
Bu incə planşet Box`dan ömürlük 25 gb pulsuz saxlama xidməti ilə birlikdə gəlir. Skype, Kingsoft Office, Hp ePrint və digər bir çox lazımlı proqram cihazda yüklənmiş halda istifadəçilərə təqdim edilir.
HP, HP 8 adı ilə keçən il təqdim etdiyi və çox yaxşı şərhlər almayan HP Slate 7 planşetinin əvəzini çıxmaq istəyir.

Müəllif: Günel Yaqubova

Şərh yazın