Maşınlarda IOS 7
IOS yeni xüsusiyyətlə gəlir, artıq maşınlara girir. Maşınlar da ağıllanıb mobil əməliyyat sistemlərinə sahib olmağa başlayır. Apple`ın keçən iyun ayında təşkil etdiyi WWDC-də (Apple Dünya Proqramçılar Konfransında) təqdim etdiyi IOS 7 əməliyyat sisteminin bir xüsusiyyəti də “maşınlarda IOS” (IOS in the car)-dır. Yeni funskiya I-Phone 5, I-Phone 5C və I-Phone 5S-də istifadə edilə bilər. Bu funksiya Apple`ın xəritə proqramı vasitəsilə GPS şəklində işlədilir, telefondakı mahnılara maşında qulaq asmağa, Siri vasitəsilə gələn mesajlara qulaq asmağa və səslə cavab verməyə imkan yaradır. Apple sentyabr ayında IOS 7-ni təqdim edərkən yeni funksiyanın üzərində çalışdıqlarını, buna görə də gec gələcəyini bildirmişdi. Bir neçə gün əvvəl açıqlananlara görə “maşınlarda IOS” önümüzdəki həftə Ferrari, Mercedes-Benz və Volvo ilə qarşımıza çıxacaq. Növbəti aylarda daha çox markaya aid ediləcək bu funskiyaya əsasən hansısa bir GPS-ə bağlı qalmadan, asanlıqla istədiyiniz yerə istiqamətlənə, əllərinizi sükandan qaldırmadan mahnı seçə, zəng edə və gələn mesajları yoxlaya bilərsiniz.