Windows 8.1 üçün “Update 1” bu yaz gəlir
Bir neçə gün əvvəl MWC-də (Mobil Dünya Konqresi) Microsoft 8.1 yenilənməni elan etdi. Şirkətdə telefon, planşet və komputer proqramlarından məsuliyyətli şəxs Joe Belfiore elan etdi ki, bu yaz təzələnmə işə salınacaq və əsasən, mouse və klaviatura funksiyalarını inkişaf etdirmək məqsədi daşıyır. “Update 1” adı ilə tanınan yenilənmə dəfələrlə göstərilmişdir, Belfiore de təsdiqləyir ki, bu yenilənməyə müasir proqramlardakı kimi başlıq sərlövhəsi, başlanğıc ekranında güc və axtarış düymələri daxil olacaq. Belfoire deyir ki, “İstifadəçilərin mouse və klaviatura ilə bağlı şikayətlərindən xəbərlərimiz var və məhz buna görə də, bu yaz yenilənməni tətbiq etmək fikrindəyik.”
Yenilənmədə diqqət çəkən başqa bir dəyişiklik isə təchizat ehtiyacının azaldılmasıdır. Belə ki, Windows 8.1-in yaddaş ehtiyatı 1 gb, saxlama ehtiyatı 16 gb olacaq. Bu da onu göstərir ki, notbuk səviyyəsində Windows 8.1 sistemli yeni cihazlar meydana çıxacaq.