VBA ilə Excel workbook-u worksheet-lərə ayırıb ayrılıqda saxlamaq
![](https://www.technet.az/wp-content/uploads/2014/02/excel-parcalamaq.png)
Excel sənədimizin içində bir və ya bir neçə Sheet açaraq, onların içinə informasiya qeyd edə, müxtəlif əməliyyatlar apara və saxlaya bilərik. Bəzən Bir Excel kitabın içindəki Sheet-ləri ayrılıqda save etməli oluruq. Bu zəhlə tökən və uzun-uzadı bir işdir əgər Excel kitabımız və içindəki sheetlər çoxdursa. Bu dərslikdəki üsulla vaxtınıza və əsəbinizə qənaət edə biləcəksiniz 🙂
Yazılı izahat:
1. Bir qovluq açıb excel faylınızı ora atın. Çünki Sənədin içindəki sheetlər məhz faylın yerləşdiyi qovluqda yaradılır bu VBA kodla. Başqa fayllar çox olduğu yerdə etsəz aləm bir-birinə qarışa bilər.
2. ALT + F11 düymələrini basın “parçalayacağınız” excel sənədin içində, Microsoft Visual Basic for Applications açılacaq.
3. İnsert menyusunun alt menyusu olan Module-a daxil olun. və açılan pəncərəyə altdakı VBA kodu yapışdırın(Paste).
4. F5 düyməsini basın. Bu qədər sadə 🙂
VBA code:
Sub Splitbook() MyPath = ThisWorkbook.Path For Each sht In ThisWorkbook.Sheets sht.Copy ActiveSheet.Cells.Copy ActiveSheet.Cells.PasteSpecial Paste:=xlPasteValues ActiveSheet.Cells.PasteSpecial Paste:=xlPasteFormats ActiveWorkbook.SaveAs _ Filename:=MyPath & "\" & sht.Name & ".xls" ActiveWorkbook.Close savechanges:=False Next sht End Sub
![Bəyənilsin](https://www.technet.az/wp-content/themes/technet_2_2/assets/img/like.png)
![Zəifdir](https://www.technet.az/wp-content/themes/technet_2_2/assets/img/dislike.png)
Şərhlər ( 2 )
Gözəl video dərslikdir.
Təşəkkürlər müəllim 🙂