Microsoft Office Suite 2007 Service Pack 3
Salam dostlar.
Bu yaxınlarda bir problem vardı Microsoft Word proqramımda. Mənə göndərilən sənədlərdə mətndə olan sözlər arasında boşluq(probel) yoxa çıxmışdı. Bütün sözlər bir-birinə bitişik çıxırdı və bunun necə iyrənc bir şey olduğunu və mətndə hər sözün sonunu tapıb bir-bir probel vurmağı təsəvvür edin indi :)) Daha dəqiq anlamaq üçün aşağıdakı şəkilə diqqət edin. Bu hadisə 2010-da hazırlanmış sənədi 2007-də açarkən baş verir.
Bunun üçün Microsoft Office Suite 2007 Service Pack 3 yükləyib quraşdırmaq lazımdır. Problem aradan qalxdı sp3 yükləməklə.
Bu keçidə daxil olun: http://support.microsoft.com/kb/2633585 və The 2007 Microsoft Office Suite SP3 klikləyib yükləyin.
No Thanks and Continue – klikləyin.
Proqram yükləndikdən sonra işə salın üzərinə iki dəfə klikləyib.
Bu qədər bəsit. Bununla da sənədimizdəki sözlər arası boşluq(probel) məsələsi həll olunacaq 🙂 Dərsliyi paylaşmağı unutmayın haa… 🙂
Şərhlər ( 2 )
Təşəkkürlər Araz.
Təşəkkür edirəm Araz bəy doğrudanda bezdirici idi çox kömək etmiş oldun