Exchange Server 2013 “Distribution Group”

Salam, Əziz Dostlar. Bu məqaləmizdə “Exchange Server” üzərində “Distribution Group“-lardan bəhs edəcəyik.

Yəqin ki, istifadəçilərin tək-tək deyil da qrup şəklində idarə olunması üçün “Active Directory” üzərində yaratdığımız “Group“-lar hər kəsə tanışdır.

Active Directory” üzərində yaratdığımız qruplarda əsas məqsəd, GPO tətbiqi zamanı və ya hər hansı bir digər icazə tətbiqi zamanı istifadəçiləri kompleks şəkildə əlavə etmək idi.

Exchange Server” üzərində də “group” tətbiqi, cəm halda mail göndərmək üçün istifadə olunur. Biz bir neçə istifadəçiyə mail göndərən zaman, onları tək-tək deyil də, yaradacağımız qruplar şəklində əlavə edib, mailin bir neçə istifadəçiyə çatmasını tənzimləyəcəyik. Yəni bu qrupların işi, göndərilən bir mail-in birdən çox istifadəçiyə çatdırılmasıdır.

Exchange Server 2013” üzərində üç tip qrup yaratmaq imkanımız var: “Distribution Group” , “Security Group”  və “Dynamic Distribution Group“.

Distribution Group: Tərkibi dəyişməzdir. Yəni Siz istifadəçi əlavə edib və ya silmədiyiniz müddətdə sabitdir.

Security Group: Həm cəm halda mail göndərilməsi, həm də digər qaynaqların “share” olunacağı təqdirdə yaradılacaq qrupdur.

Dynamic Distribution Group: Tərkibi avtomatik olaraq yenilənməkdədir. Yəni təyin etdiyiniz kriteriyaya uyğun olan istifadəçilər avtomatik olaraq bu qrupa əlavə olunacaq.

DistributionGroup1

Distribution Group”  yaratmaq üçün “recipients->groups” yolunu izləyərək “+” işarəsini sıxırıq. Və açılan pəncərədən yaradacaımız qrup tipini seçirik. İlk əvvəl ” Distribution Group” yaradacağımız üçün uyğun seçimi edirik.

DistributionGroup2

Diplay name” bölümündə qrupumuza ad təyin edirik. “Alias” bölümünə qeyd etdiyimiz adın sonuna “@domain adı” əlavə olunaraq qrupumuzun mail ünvanı olacaqdır. “Description” bölümünə istəyə uyğun olaraq açıqlama yaza bilərik. “Organization unit” bölümündə qrupumuzun daxil olacağı “OU“-nu seçib, “Owners” bölümündən isə qrup idarəedicilərini əlavə edirik.

DistributionGroup3

Members”  qismində qrupumuza üzv olacaq istifadəçiləri “+” sıxaraq əlavə edirik. “Add group owners as members” qutucuğu işarəli olduğu təqdirdə idarəedicilər də qrup üzvü hesab olunacaq və göndərilən mail idarəcilərə də çatdırılacaq.

Choose whether owner approval is required to join the group” başlığı altındakı seçimlərlə isə, qrupa qatılmanın açıq, bağlı və ya idarəedici təsdiqinin olub olmayacağını təyin edirik:

1. “Open: Anyone can join this group without being approved by the group owners” – Qrup idarəedicisinin təsdiqinə ehtiyac olmadan hər kəs qrupa üzv ola bilər.

2. “Closed: Members can be added only by the group owners. All requests to join will be rejected automatically” – İstifadəçilər yalnız qrup idarəediciləri tərəfindən qrupa əlavə edilə bilər. Qoşulma üçün bütün istəklər avtomatik ləğv ediləcəkdir.

3.” Owner approval: All requests are approved or rejected by the group owners” – İstəklər qrup idarəedicilərinə göndərilərək  təsdiq və ya rədd oluna bilər.

Choose whether the group is open to leave” – başlığı altında isə qrupdan çıxmanın açıq və ya bağlı olduğunu təyin edə bilərik:

1.” Open: Anyone can leave this group without being approved by the group owners” – Qrup idarəcilərinin təsdiqinə ehtiyac olmadan hər kəs qrupdan çıxa bilər.

2. “Closed: Members can be removed only by the group owners. All requests to leave will be rejected automatically” – İstifadəçilər yalnız qrup idarəediciləri tərəfindən çıxarıla bilər. Bütün istəklər avtomatik ləğv olunur.

Bütün tənzimləmələrdən sonra “Save” deyərək qrupumuzu yaratdıq.

DistributionGroup4

Artıq “groups” başlığı altında yaratdığımız qrup və təyin edilmiş mail ünvanı görülməkdədir. Biz bu qrupa iki istifadəçi əlavə etmişdik: “Turqut Valiyev” və “Royal Amrah” adlı istifadəçiləri.

DistributionGroup5

Həmin istifadəçilərin xüsusiyyətlərinə baxsaq “member of” bölməsində qrupumuzun adı görünəcəkdir.

İndi isə yaratdığımız qrupa test mail-i göndərərək nəticələrə baxaq.

DistributionGroup6.1

DistributionGroup6

Administrator” istifadəçimizlə yaratmış olduğumuz qrupa mail göndərdik. Gördüyümüz kimi göndərilən mail qrupa üzv etdiyimiz istifadəçilərə çatdırıılmışdır.

Növbəti məqaləmiz “Dynamic Distribution Group” haqqında olacaq. Görüşmək ümidi ilə.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Röyal Əmrahov

Şərh yazın