Work Folders qurulumu (1)
Salam dostlar, Work Folders haqqında məqalələrimiz davam edir. Bundan əvvəlki məqaləmizdə, work Folders haqqında qısa məlumat vermişik.
Bu məqaləmizdə isə biz Work Folders`i quracağıq. Work Folders`i qurmamışdan qabaq aşağıdakı serverləri (rulları)qurmalıyıq.
Qeyd: Bu rulların qurulması haqqında məqalələri portalımız üzərindən tapa bilərsiniz.
Active Directory Domain Services
Active Directory Certificate Services
Internet Information Services (Web Server (IIS))
Domain Name Services
Mən bütün bu rulları və həmçinin Work Folders`i DC01 adlı server üzərində quracam. Yuxarıda göstərdiyim rulları qurduqdan sonra tənzimləmə işlərinə başlayaq.
Server Manager konsulumuzu açaq. Bu server`imiz üzərində qurulmuş rulları şəkildə qırmızı xətt`lə işarə etmişəm. Qurulma başlamamışdan əvvəl Active Directory Domain Service, Active Directory Certificate Service, Domain Name Service və IIS Server`lərimizin qurulu olduğunu görürük. İlk öncə sixnorizasiya zamanı istifadə etmək məqasədi ilə sertifikatımızı yaradacağıq. Bunun üçün Certification Authority konsolunu açırıq.İlk işimiz Certificate Template yaratmaqdır. Bunun üçün sol menuda mövcud olan Certificate Template sağ düymə və Manage deyirik.
Açılan Certificate Template konsolumuzda mövcud olan template`lərimdən Web Server template`i üzərində sağ düymə və Dublicate Template deyirik.
Nüsxəsini çıxardığımız template`in xüsusiyyətlərində bəzi nizamlamalar edəcəyik. Properties of New Template pəncərəsində Security tabına gəlirik.Work Folders quracağımız serverimizi bu template`mizin üzərinə əlavə edəcəyik. Bunun üçün ADD deyirik və Object Types olaraq yalnız Computer işarələyirik və daha sonra DC01`i əlavə edirik. Çünki biz elə Work Folders`i də DC01 üzərinə quracağıq.
Security tabımızda Work Folders`i quracağımız serverimizi əlavə etdikdən sonra, Permission olaraq Read və Enroll seçirik.
Dublicate etdiyimiz bu template`mizə ad vermək üçün General tabına gəlirik və Template display name`də template`mizə ad veririk. Valid Period (Qüvvədə olma müddəti) və Renewal Period (Yeniləmə müddəti) üçün olan vaxtları default olaraq saxlayaq. İstəsəniz dəyişdirə bilərsiniz.
Daha sonra isə Subject Name tabına gəlirik. İlk olaraq Build from this Active Directory Information Seçirik. beləliklə sertifikat şablonumuzu Active directory mühitinə uyğun hazırlayacağıq. Subject name format olaraq Common name seçirik.
Include this information in alternate subject name içərisindən yalnız DNS Name`i işarələyirik və Apply düyməsi ilə Certificate Template’imizin xüsussiyətləri ilə olan işlərimizi yekunlaşdırırıq.
Yaratdığımız sertifikat şablonumuzu istifadəyə hazır vəziyyətə gətirib istifadəyə verə bilərik. Bunun üçün Certification Authority konsolumuzda Certificate Templates üzərrində sağ düymə New -> Certificare Template to issue deyirik.
Enable Certificate Templates pəncərəsində yaratdığımız “SSL Certificate” adlı şablonumuzu seçib, OK deyərək istifadəyə veririk.
Yaratdığımız Sertifikat şablonu artıq istifadəyə hazır vəziyyətdədir. Bu şablonu Work Folders quracağımız serverə əlavə edə bilərik.
Bu sertifikatı Work Folder`s quracağımız server`ə (Məndə DC01) əlavə etmək üçün, MMC konolunu açıb, File->Add/Remove Snap-in.. (Ctrl+M) deyib, Certificate işarələyib ADD düyməsini sıxaq.
Certificates Snap-in pəncərəsindən Computer account`u seçib, Next deyərək növbəti pəncərəyə keçək.
Select Computer pəncərəsində sertifikatımızı əlavə edəcəyimiz serverimiz elə bu server olduğuna görə Local computer seçib Finish deyirik.
Yaratdığımız setifikat şablonundan istifadə edərək yeni sertifikat tələb edəcəyik və Work Folders qruacağımız serverə əlavə edəcəyik. Bunun üçün MMC konsolumzda Certificates -> Personel`a sağ click edib, All Task->Request New Certificate deyirik.
Açılın məlumat pəncərəmizi Next ilə keçirik.
Burada Active Directory Enrollmen Policy işarələyib Next deyək.
Request Certificates pəncərəsində yaratdığımız SSL Certificate adlı şablonumuzu işarələyib Enroll deyək.
SSL sertfikatımızı müvəffəqiyyətlə server`imizə yüklədik.
Server`imiz üzərində artıq sertifikatımızı görürük.
Work Folders`dən istifadə üçün lazım olsan SSL sertifikatımızı hazırladıq və Work Folders yükləyəcəyimiz server`ə yüklədik. Bundan sonra Work Folders quracıyıq və IIS serverimizdə lazımı nizamlamaları aparacağıq.
Work folders`in qurulumuna başlayaq…
Work Folders`i qurmaq üçün, Serer Manager`də Add Roles and Feature Wizard`ı açırıq, Server`imizi seçib next deyirik.
Server Roles addımında Work Folders rulumuzu seçək. Bunu üçün File and Storage Services altında yerləşən File and ISCI Services`ə gəlib, Work Folders seçib Next ilə davam edək.
Features pəncərəsində əlavə bir şey qurmayıb, Next ilə növbəti pəncərəyə keçək.
“Confirm installation selections” pəncərəsində qurulan servisləri görürük. Work Folders`u seçməklə biz onunla bərabər File Server rulunu da avtomatik olaraq quracağıq. Çünki Work Folders File Services rulunun servisidir.
Qurulma əməliyyatı müvəffəqiyyətlə başa çatdı. Close deyərək bu pəncərəmizi bağlayaq.
IIS Server üzərində əməliyyatlar….
İndi isə keçirik IIS server üzərində edəcəyimiz işlərə. Binding Name`ləri göstərək, SSL sertifikatımızı bu Binding name`lər üzərindən istifadə edəcəyik.
Internet Information Services (ISS) Manager konsolumuzu açırıq, Default Web Site`mız üzərində sağ düymə və açılan menuda Edit Bindings deyirik.
Bu pəncərədə yeni bir Binding Name əlavə edəcəyik. Bunun üçün Add deyirik və açılan Add Site Binding pəncərəsində Type olaraq HTTPS seçirik, çünki work folders istifadə etdiyi protokol HTTPS`dir. Port olaraq 443 saxlayaq.
Host Name`də isə elə bu server adını və domain adını qeyd edək.Sizlər də eyni ilə bu cür edə bilərsiniz.
SSL Certificate hissəsində isə, yüklədiyimiz sertfikatı göstəririk və OK deyirik.
Site Bindings`ə baxdıqda 2 ədəd binding name görsənir. Mən Binding name`in birini yaratdıqda sizə göstərdim, ikinicisini də elə eyni qayda ilə yaradın, anca ikinci Binding name`də Host Name`i boş buraxın. Sonda isə Default Web Site`ı stop edib, IIS Manager konsolumuzu bağlayaq.
Dəyərli dostlar Work Folders`dən istifadə üçün, lazım olan Sertifikat əməliyyatlarını, IIS nizamlamalarını və Work Folders`in qurulmasını həyata keçirdik. Gələn məqaləmizdə isə, Work Folders üzərində lazım olan əməliyyatlardan bəhs edəcəyik.
Faydalı olması ümidi ilə.
Şərhlər ( 2 )
Təşəkkürlər Turqut.
sagolun