Windows Server 2012 R2: AD DS -3
- Windows Server 2012 R2: AD DS -11
Windows Server 2012 R2: AD DS -10
Windows Server 2012 R2: AD DS -9
Windows Server 2012 R2: AD DS -8
Windows Server 2012 R2: AD DS -7
Windows Server 2012 R2: AD DS -6
Windows Server 2012 R2: AD DS -5
Windows Server 2012 R2: AD DS -4
Windows Server 2012 R2: AD DS -3
Windows Server 2012 R2: AD DS -2
Windows Server 2012 R2: AD DS -1
AD DS (Domain Controller)– PowerShell üzərindən sazlanması:
AD DS haqqında söz açıdığmız ilk mövzumuzda GUİ üzərindən əməliyyatları gerçəkləşdirdik. Təcrübəm əsasında qeyd edim ki, əvvəlki Əməliyyat Sistemlərində bu proses daha sadə şəkildə həyata keçirilirdi. Demək olar ki, Windows Server 2012 ilə GUİ vasitəsilə qurulum daha çox səbr tələb edir. Biz bu addımları PowerShell üzərində daha rahat, sürətli həyata keçirə bilərik. Tələb olunan şərtlər çox sadədir. Ehtiyac olan PowerShell əmrlər toplusunu hazırlayıb arxivimizdə saxlamaq. GUİ üzərindən yazılmış mövzumuza nəzər yetirdikdə iki hissədən ibarət olduğunu görürük. Eyni qayda əsasında aşağdakı misala diqqət yetirək.
Xatırla: Ilk mövzumdakı qaydada DNS tənzimləmərini unutmayaq.
1. AD DS və ehtiyac olan alətləri yükləyirik (Mərhələ 1). Get-WindowsFeature əmrini icra edərək qurulcaq xidmətin adını dəqiq təyin edə bilərik. PowerShell üzərində icra olunacaq əmrin doğru yazılışı Name bölməsi altında yerləşir. Bu sahədə yeni addımlayanların həmin hissəni yadda saxlaması faydalı olacaq.
- Install-WindowsFeature AD-Domain-Services –IncludeManagementTools
2. Bu addımda isə AD DS xidmətinin qurulumunu tamamlayırıq. Misalda Yusifbeyli.com adından yararlanırıq. Əmrlərin düzlüşünə diqqət yetirən zaman GUİ üzərindəki əməliyyatların arxa planı ilə rastlaşırıq. Hansı ki, biz bu əmrləri ilkin qurlum zamanı əldə etmişik. FFL, DFL dəyişmək mümkündür (Win2003, Win2008, Win2008R2, Win2012).
- Install-ADDSForest -DomainName Yusifbeyli.com -CreateDNSDelegation:$False -DataBasePath “C:\Windows\NTDS” -ForestMode Win2012R2 -DomainMode Win2012R2 -DomainNetBiosName yusifbeyli -LogPath “C:\Windows\NTDS” -SysvolPath “C:\NTDS\Sysvol”
3. AD DS xidmətinin yüklənməsi tamanlanmışdır.
PowerShell əmrlərinin əməliyyatları nə qədər sadələşdirdiyinin şahidi olduq. Bu tip əməliyyatlar üçün ən uyğun yöntəmdir.
Qaynaq: Windows Server 2012 R2: Active Directory E-Kitab 1-ci hissə