SLIMSTYLE: PHILIPS İşıqdİodlu lampalar İstehsal etdİ
Son bir neçə aydır ki, Philips–in 2013-cü ilin sonlarına doğru yeni bir ixtira ilə hər kəsi təəccübləndirəcəyi haqqında söz söhbətlər gəzirdi. Deyilənlərə görə, yeni məhsulda LED texnologiyasından istifadə olunacaq və onun dəyəri 10 dollardan daha az olacaq. Bəli, şirkət ondan gözlənilən bu yeniliyi etdi.
Qarşılayın : SlimStyle.
SlimStyle 60 vatt–lıq işıq diodlu lampaların ekvivalentidir. Cəmi 10,5 vatt sərf edərək, işıqlandırıcı mexanika 800 lümenə (hər vatta 76 lumen) bərabər işıq saçmağa başlayır. Hesablamalara görə bu 25 min saat iş üçün hesablanmış adi məişət LED lampasıdır, lampanın işığı tənzimlənəndir, bütün istiqamətlərdə işığın səpilməsi və ötürülməsi dəqiqdir (CRI = 80). SlimStyle – a bir dəfə baxmaqla asanlıqla başa düşmək olar ki, bu adi sıradan işıqdiodlu bir lampa deyil. Lampanın dizaynı da tamamilə fərqli olub başqa heç bir lampaya bənzəmir.
Biz bu lampaya yandan deyil birbaşa baxsaq, asanlıqla onun armud formasında olduğunu görə bilərik. Lakin, bu təsiri yalnız iki ölçülü görünüşdə müşahidə etmək olar. Lampanı digər üzünə çevirən kimi başa düşürsən ki, o hər iki tərəfdən də düzdür. Burada işıqötürücüsünün rolunu sarılmış üzük yerinə yetirir. Bundan əlavə Philips indiyədək heç bir rəqib şirkətin edə bilmədiyini bacararaq, işıqdiodlu lampaları hədsiz dərəcədə qızma zamanı qoruyan metal istilik soyuducusundan imtina edib. Yeni yaradılmış lampa adi LED lampalardan fərqli olaraq istiliyi daha yaxşı yayır. Beləliklə bu ixtira alüminium istiliyə davamlılıq texnikasından imtina etməyə, həm də elektrik enerjisinə qənaət etməyə imkan yaradır.
Geek.com yazdıqlarına görə SlimStyle–ın tam plastik korpusu və üç illik zəmanəti var. Hələ ki, Philips şirkəti yeni texnikasının qiymətini açıqlamır. Amma verilən məlumatlara görə lampalar ilk olaraq 2014-cü il yanvar ayının 2-də HomeDepot.com saytında satışa çıxacaq və qiyməti 10 dollardan az olacaq.