RSAT vasitəsilə Server Rollarının Windows 7 üzərindən idarə olunması

Xoş gördük. Bu məqaləmizdə Remote Server Administration Tools (RSAT) vasitəsilə Windows Server sistemləri üzərində yüklü olan rolların Windows 7 əməliyyat sistemləri üzərindən necə idarə olunacağına nəzər yetirəcəyik. Adminpack.msi vasitəsilə Windows Xp üzərindən Server 2003 sistemlərindəki rolları idarə etdiyimiz kimi RSAT paketini Microsoftun rəsmi səhifəsindən yükləyərək bu əməliyyatları Windows 7 üzərindən həyata keçirə bilərik.
Remote Server Administration Tools
a) İdarə edə biləcəyimiz Server Sistemləri
– Windows Server 2003, 2008, 2008 R2
b) RSAT dəstəklədiyi Əməliyyat Sistemləri (ƏS)
– Windows 7 Enterprise, Professional, Ultimate
1. Əməliyyat sisteminizə uyğun RSAT paketini yükləmək üçün aşağıdakı keçidlərdən yararlana bilərsiniz.
b) RSAT vasitəsilə İdarə oluncaq rolların siyahısı
2. Paket çox sadə şəkildə yüklənir.
3. I Accept – Close
4. Yükləmə tamamlandıqdan sonra Start- Control Panel – Programs and Features – Turn Windows features on or off bölməsinə daxil oluruq.
5. Remote Server Administration Tools altında yerləşən rollaradan ehtiyac olanları seçərək yükləyirik.
6. Artıq Administrative Tools bölməsini açdıqda Windows 7 üzərindən idarə edəcəyimiz Server rollarının yükləndiyini görürük.
7. Misal üçün DNS xidməti yüklü olan Serverinizə qoşulmaq üçün DNS Manager üzərindən sağ düymə vasitəsilə Connect to DNS Server seçərək istədiyiniz DNS Serveri idarə edə bilərsiniz.
Digər rolları eyni qayda ilə yükləyərək idarəçəliyi Windows 7 üzərindəndə həyata keçirə bilərsiniz. Başqa bir məqalədə görüşmək arzusu ilə.
Elgüc Yusifbəyli
____________
MCT


Şərhlər ( 1 )
Ela men adeten third party utility istifade edirdim ADtidy ve s. kimi amma bu cox gozel bir sheydi. cox saq olun.