DHCP Failover Cluster
- DHCP Policy
DHCP-nin Windows Server 2012-dən Windows Server 2016-ya miqrasiyası
Routerdə DHCP-nin sazlanması
DHCP Failover sazlanması
CISCO routerdə DHCP sazlanması | TechNet TV
DHCP Haqqında və Qurulumu
DHCP Policy sazlanması
PfSense - DHCP Server+Static Mapping
DHCP Snooping
Cisco router-in DHCP relay agent kimi istifadə olunması
DHCP Relay Agent nədir?
Linux server üzərindən DHCP serverin konfigurasiyası
Cisco Router-də DHCP sazlanması
DHCP Failover Cluster
Salam Əziz dostlar. Bu günki məqalədə sizlərə Server 2012 ilə gələn yeniliklərdən biri olan DHCP Failover Cluster haqqında danışacam. DHCP – bizim şəbəkədə ən önəmli servislərdən biridir.Əgər DHCP öz funksionallıqını dayandırsa şəbəkəmiz iflic vəziyyətə düşəcək yəni hec bir avadanlıq ip ala bilməyəcək.Bütün avadanlıqlar APİPA alacaqdır.Server 2012 ilə Microsoft bu problemdən çıxış yolu kimi DHCP Failover Cluster özəlliyini bizə təqdim etdi.Qısaca bu özəlliyin nə olduğunu izah edim: Şəbəkəmizdə eyni vaxtda 2 DHCP server olacaq və onlardan biri çökdükdə o biri DHCP server işə başlayacaq.Yəni 2-ci DHCP server gözləmə rejimində olacaqdır.Başlayacaq praktikaya-).Qeyd edimki bütün işlər Server 2012 r2 Standardüzərində aparılacaq.
Şəkildən göründüyü kimi technet.local adlı domain mühitimiz var.
Əsas DHCP serverdə dhcp servisi artıq yüklüdür və scope yaradılıb. Mən sizə ehtiyyat DHCP serverin qurulmasını göstərəcəm.
Əsas DHCP servisinin yerləşdiyi serverin adı DC1-dir. Ehtiyyat DHCP servisi yüklü olan serverin adı DC2-dir. DC1 üzərində yüklü olan DHCP servisinə nəzər salaq.
Şəkildən göründüyü kimi artıq DHCP servisi yüklüdür və Scope yaradılıb.
1. İndi keçək əsas məsələyə – ehtiyyat DHCP serverin qurulmasına.Keçirik ikinci DC2 üzərinə.cDC2 üzərində hələki heç bir servis yüklü deyil.cEhtiyyat DHCP serverden istifadə etmək üçün Server Manager – Add roles and features – DHCP Server
DHCP servisi yükləndikdən sonra keçirik onun sazlanmasına
Şəkildən göründüyü kimi DC2 üzərində olan dhcp servisində heç bur scope yoxdur.Məqsədimiz DC1 üzərində olan ip hovuzunu DC2-yə replikasiya etməkdir. Bunun üçün gəlirik DC1 üzərindəki dhcp servisinin üzərinə ip4-qurduqumuz scope-configure Failover
Next düyməsini sıxırıq.
Partner Server bölməsində dc2-ni yəni ehtiyyat dhcp serveri göstərməliyik. Add server sıxırıq
DC2-ni seçirik.
Ehtiyyat DHCP serverimizi əlavə etdik.Next sıxırıq
Relationship Name – Qurduğumuz DHCP Failover əlaqəsinin adı
Maximum Client Lead Time – bu dəyər verilən ip-nin kirayə müddətidir.Əgər DHCP serverdə bu müddət 8 saat, MCLT 1 saatdırsa ip-nin kirayə müddəti 9 saat olacaq.
Mode – Burada 2 rejim var
Load balance – əgər biz bu seçimi etsək qurduğumuz əlavə DHCP server əsas serverə kömək edəcək. Məsələn şəbəkədə ip alan 100 avadanlıq varsa onu biz göstərdiyimiz faiz ilə DC1 və DC2 arasında bölüşəcəyək.
Hot stanby – bu isə indiki halda bizə lazım olan rejimdir. Yəni əsas DHCP server çökdükdə ehtiyyat DHCP server işə düşəcək. Biz bu seçimi edirik.Next sıxırıq.
Finish və bütün əməliyyatların uğurla başa çatması haqda pəncərəni görürük.Bundan sonra əsas DHCP serverimizdə olan sazlamalar və kirayəyə verilən ip-lər ehtiyyat DHCP serverə replikasiya olunacaq.
Şərhlər ( 3 )
Çox sağ olun
Sadəcə gözəl yazıdı.Allah elminizə bərəkət versin.
Qardaş onda ehtiyat DHCP işə düşməsi üçün onun qoşulduğu portu da trusted etmək lazım olacaq?