Hollandlar Google-u qanunsuz şəxsi məlumatların toplanmasında ittiham etdi

Hollandiyanın  şəxsi məlumatları qoruma agentliyi (DPA)  Google şirkətini yerli qanunları pozduğuna görə ittiham etib. İttihama görə, özündə Gmail, YouTube və Map kimi nəhəngləri birləşdirən və “bulud” da saxlayan giqant axtarış maşını Google əslində istifadəçilərə öz informasiyaları üzərində tam idarə haqqı vermir.

Departament  rəhbəri Ceykop Konstamm bildirir ki:

“Google şəxsi məlumatlar əsasında gözə görünməz bir hörümçək toru yaradaraq bizdən icazə belə almır. Bu qanunvericiliyə ziddir.”

Agentlik belə bir qərara və ittiham etmə həddinə 7 ay ərzində apardığı araşdırmadan sonra gəlib.

DPA – nın bildirdiyinə görə,

Google – istifadəçiləri izləmək üçün cookie faylların toplanasının heç  bir hüquqi əsası yoxdur. Çünki bu məlumatlardan bəziləri – ödəmələr haqqında informasiya, yerləşdiyi məkan haqqında məlumat və ya bir istifadəçinin daima daxil olduğu müəyyən saytlar kimi informasiyalar konfedensial xarakter daşıyır.

Daha əvvəllər də Google – un konfedensiallıq siyasətindən bəzi Avropa ölkələri  şikayətlənirdi. Tənzimləyicilər fikirləşirlər ki, mart ayından etibarən qüvvəyə minən Google–un yeni istifadəçi razılaşması şəxsi məlumatların qorunması məsələsini təhlükə altına qoya bilər.

Bu yeni sənədlərin əsas məğzi isə odur ki, şirkət bir istifadəçinin özünə aid bütün servislərdəki ünvanlarını birləşdirərək reklam yayımı zamanı istifadə edə bilər. Misal üçün,  Google istifadəçinin axtarış sisteminə hansı açar sözü əlavə etdiyini bilərək anında ona marağını cəlb edə biləcəyi reklamı göstərə bilər. İnformasiya Google xidmətlərinə aid olan bütün 60 uyğulamadan, o cümlədən Gmail, YouTube və Google Maps – dən toplanır. Heç bir istifadəçi də bu dəyişikliklərdən imtina etməmişdir.  Google özü isə bildirir ki, qaydalarda edilmiş dəyişikliklər şirkətə axtarış nəticələrini daha da dəqiqləşdirməyə və servisin funksionallığını yaxşılaşdırmağa kömək edəcək.

DPA Google – u ümumi dinləmələrə dəvət edərək aparılan danışıqlardan sonra agentliyin Google –un “bulud” servislərində, axtarış sistemlərində və reklamda şəxsi məlumatlardan istifadə edib etməyəcəyinə dair bir qərar qəbul etməyə çağırıb.

Şərh yazın