5 Dekabr Beynəlxalq Könüllülər Günüdür

17 dekabr 1985-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 40/212 saylı Qətnaməsi ilə 5 DEKABR Beynəlxalq Könüllülər Günü olaraq təsis edilmişdir.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Hər kəs öz istəyi ilə qarşılığı gözlənilməyən fəaliyyət göstərə və bununla cəmiyyətə (ASAN Xidmət könüllü), təbiətə, insan haqqlarının qorunmasına xidmət edə və ya öz peşəsi üzrə təcrübə, bilik, dostlar (http://www.avpu.az/projects/) qazana bilər.  Texnologiya Azərbaycan Qrupu-da bu günə qədər tam könüllü fəaliyyət göstərib. Könüllü fəaliyyətimizin məqsədi – Azərbaycan dilində İnformasiya Texnologiyaları sahəsində olan çatışmazlığı aradan qaldırmağa yardımçı olmaq, ana dilimizdə resurs yaratmaq olub. Həmçinin İnformasiya Texnologiyaları sahəsində çalışan insanların bir araya toplaşma, informasiya mübadiləsi aparma və bir-birlərinə yardımçı olmaları üçün gözəl şərait yaratmışdır. Bu səbəbdən Texnologiya Azərbaycan Qrupunun bütün Könüllülərini və vətənimiz, millətimiz üçün vijdanla çalışan bütün könüllülləri bu gün münasibətilə təbrik edirik, fəaliyyətlərində uğurlar, nailiyyətlər arzu edirik.

Müəllif: Elvin Əmirov

Şərh yazın