20 Dekabrda Winamp bizlərə sağ ol deyəcək

Dünyanın ən yaşlı və məşhur musiqi pleyerlərindən biri olan Winamp dekabr ayının 20–də öz fəaliyyətini dayandıracaq. AOL şirkəti bu həftə ictimaiyyət qarşısına özünə aid Winamp Music Software şirkətinin fəaliyyətini artıq dayandırmaq istədiyi haqqında açıqlama ilə çıxdı.

winamp-interface

Rəsmi müraciət isə bu cür səslənirdi:

“Winamp.com saytı və saytla əlaqəli bütün web serverlər 2013- cü il 20 dekabrda öz fəaliyyətini dayandıracaq. Bundan əlavə Winamp Media pleyeri yüklənmə üçün artıq açıq olamayacaq. 15 il ərzində Winamp qrupunu dəstəkləyən hər bir kəsə minnətdarlığımız; bildiririk”

Yəqin ki, bir çoxlarınız nə vaxtsa bu çox rahat musiqi çaları ilə rastlaşmısınız. Baxmayaraq ki, müasir dövrdə musiqi çalarlarının (pleyerlərin) sayı bitməz tükənməzdir, bir çoxları hələdə musiqiyə yalnız Winamp vasitəsilə qulaq asmağa üstünlük verir. Əgər siz musiqiyə ən yaxşı və sonuncu Winamp pleyerdə qulaq asmaq istəyirsinizsə, o zaman vaxt itirmədən çaları indidən yükləyin. Çünki sonra bunu etmək üçün imkanınız olmayacaq.

Şərh yazın