Active Directory bazasının defrag edilmesi (Offline Defragmentation)

Active Directory özü özünü hər 12 saatda bir online defrag edir.Sərt disklərdə olduğu kimi AD`də də defrag lazımlıdır.Mütəmadi olaraq user, group və.s silib-yazdığımız zaman AD`ni də defrag etmək lazım olur.Bəzən bunu özümüz etməli oluruq, bu offline defrag adlanır.Bunun üçün ilk öncə Services`ə daxil oluruq.

Buna görə RUN`a gəlib, SERVİCES.MSC yazırıq və açılan pəncərədə olan siyahıdan Active Directory Domain Services üzərinə gəlib, STOP edirik.

Servisi dayandırdıqdan sonra CMD`ni açıb, ora aşağıdakı əmrləri ardıcıllıqla yazırıq.Əmrlərə şəkildən baxa bilərsiniz.

Burada “compact to c:\” yazmağımızın səbəbi odur ki, Windows\NTDS\ qovluğu içərisində olan ntds.dit bazasının defrag etdikdən sonra yeni ntds.dit bazası düzəldilir, bu düzəldilən ntds.dit faylı “C” diskinə yazılır.Əgər, istərsəniz, bunu başqa yerə də yaza bilərsiniz.

Aşağıdakı şəkildə gördüyünüz kimi “C”`də olan ntds.dit bazasını Windows\NTDS\ qovluğuna copy etməliyik və *.log faylını silməliyik.

Şəkildə qeyd edilənləri etmək üçün aşağıdakı şəkildə olan əmrləri yazırıq.

Ən sonda isə Active Directory Domain Service aktiv edirik.Bunun üçün yenidən SERVİCES.MSC`yə daxil oluruq.

Bununla da offline defrag`ı həyata keçirtdik.Daha sonra “C”`də olan ntds.dit bazasını silə bilərsiniz.

Növbəti məqalələrdə görüşənə qədər.

Yazar: Fərhad KƏRİMOV | MCITP:Enterprise Administrator

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Farhad KARIMOV

Şərh yazın