YouTube şərh sistemini dəyişdirdi
Google YouTube –da yayımlanan video rolikləri şərh etmə sistemini dəyişdi. Gözlənilən dəyişikliklər haqqında hələ çoxdan informasiya var idi. Qeydlər sistemi dəyişdirilərək, rolik altında edilən şərhlər avtomatik olaraq Google+ profilinə yayımlanır. İstifadəçinin dostlarının şərhləri ilk sırada göstərilir. Bundan əlavə məşhur akkauntlardan (hesablar) və müzakirə olunan videonu yükləyən insanlardan olan qeydlər daha yuxarı qalxdı. Bundan əlavə məxfiliyi parametrləri də artıq sizin öz əlinizdə olacaq. Artıq hər bir istifadəçi paylaşdıqlarını yalnız Google+ dostlarına və ya hətta onların bir qisminə görmə imkanı yaradacaq.
Öz bloqundan YouTube maraqlı bir qeyd edir, təsəvvür edin ki, siz Lindsi Stirlinqin yeni videosundan həzz alır və yaxud da ki, Epic Rap Battle- in sonuncu buraxılşını izləyirsiniz. Bu zaman sizə videonun altında kimin olsa, şərhlərini oxumaq vacib olar ya ancaq sizə maraqlı olan insanların, xüsusilə də Lindsinin özünün və ya ERB –in?
http://www.youtube.com/watch?v=bVGp8Z8Yb28
Yeni şərh sistemi servis istifadəçilərinə Youtube – a qarşı daha nəzakətli davranmağa imkan yaradır. Spam və təhqir edici şərhlər avtomatik olaraq daha aşağı sıralarda yer alır, Google+ ilə sıx əlaqə isə insanlara yazdıqlarına daha ciddi fikir verməyə və yazdıqlarına görə məsuliyyət daşımağa imkan yaratmaqla anonimliyi də minimumuma endirir. Bundan əlavə bloka salınmış istifadəçilərə əvvəlki kimi bloka salındıqları haqqında bildirişlər almayacaqlar. Çünki bu bildirişləri alan istifadəçilər köhnə akkauntunun yerinə yeni akkaunt açaraq söhbətə qoşula bilərlər.
Daha möhkəm və etibarlı məxfilik parametrləri isə kanal sahiblərinə məxsusdur. Əgər əvvəllər bu istifadəçilər ya şərh etməyə icazə verirdilər, ya da ki yox. Hazırda isə onlar kimə şərh etməyə imkan verəcəklərinə (məsələn, yalnız Google+ dostlarına) də şəraitləri var. Bundan əlavə istifadəçilər özləri üçün “qara siyahı” tərtib edirlər və həmin siyahıya aid sözlə başlanan hər bir şərh yalnız moderasiya olduqdan sonra nəşr oluna bilər. Bu yolla siz roliklərin altında xoşagəlməz sözlərdən istifadənin də qarşısını ala bilərsiniz. İstədikləri halda isə istifadəçilər şərhləri klassik formada- yəni ayın tarixi ilə sıralaya bilərlər.
Xatırladaq ki, YouTube –un əsası 2005 – ci ildə qoyulub və tezliklə də Google tərəfindən alınıb. 2013-cü ildə saytın aylıq ziyarətçi auditoriyası milyarddan daha çox olub.