Windows Server 2008 R2-də RemoteApp sazlanması (1)
Əvvəlki məqalələrimizdə Sizə RD Web Access qurulması haqqında məlumat vermişdik. RD Web Access qurulduqdan sonra RemoteApp-dan istifadə edə bilərik. RemoteApp`i bir növ proqramların virtuallaşdırılması kimi başa düşmək olar. Server üzərində olan proqramı istifadəçi öz kompüterində olan adi proqramlar kimi istifadə edir. Lakin qeyd olunan proqramlar server üzərində işləyir və serverin resurslarından istifadə edir. İstifadəçi proqramı işə saldıqda RDS Serverə qoşulma aparılır və proqram işə düşür. Bu məqaləmizdə RemoteApp-a proqramların əlavə olunması və brauzer üzərindən qeyd olunan proqramlardan istifadə haqqında məlumat verəcəyik.
RemoteApp Manager pəncərəsini açmaq üçün Start > Administrative Tools > Remote Desktop Services > RemoteApp Manager seçmək və ya Start > Run > remoteprograms.msc ardıcıllığını icra etmək lazımdır.
Hər hansı bir proqramı RemoteApp kimi istifadə etmək üçün Action menyusundan Add RemoteApp Programs əmri seçilir.
Yuxarıda qeyd olunan əmri icra etdikdə sonra proseslər haqqında ümumi məlumat verən aşağıdakı pəncərə ekranda əks olunacaqdır.
Daha sonra serverdə olan proqramların siyahısı ekranda əks olunacaqdır. Browse düyməsi vasitəsilə siyahıda olmayan proqramları əlavə edə bilərik.
Lazım olan proqramları seçərək davam edirik.
Properties düyməsini tıkladıqda aşağıdakı görüntü ekranda əks olunacaq. RemoteApp Program Name proqramın adını təyin etmək üçündür. İstədikdə proqramın adını dəyişə bilərik. Location proqramın ünvanını seçmək üçündür. Alias proqram üçün istifadə olunan unikal qısa ad (ləqəb), RemoteApp program is available through RD Web Access proqramın brauzer üzərindən istifadə edilə bilməsi üçün təsdiqlənmiş olmalıdır. Command-line arguments bölməsində ehtiyac olduqda parametr (əmrlər) daxil etmək mümkündür. Change Icon proqramın işarəsini dəyişmək üçündür.
User Assignment bölməsi yayımlanmış proqramların hansı istifadəçilər tərəfindən görünə biləcəyini təyin etmək üçündür. Susmaya görə All authenticated domain users seçilmişdir. Yəni domain istifadəçiləri həmin proqramları görmək imkanına malikdirlər.
Sazlanmaları yekunlaşdırdıqdan sonra növbəti mərhələyə keçirik.
Review Settings pəncərəsində seçilmiş proqramlar və onlara uyğun sazlanmalar əks olunur. Əgər hər hansı birində dəyişiklik etmək istəyəriksə, Back düyməsi vasitəsilə geriyə qayıda bilərik. Əgər prosesi yekunlaşdırmaq istəyəriksə, Finish düyməsini tıklayırıq.
Artıq əlavə etdiyimiz proqramlar RemoteApp Programs bölməsində əks olunur. İndi bir başqa kompüterdən brauzer üzərindən (Web access) proqramları işə salaraq yoxlayaq.
İstifadəçi kompüterində brauzeri açıb Web Access qurulan zaman bizə göstərilmiş linki (https:\\TechnetRDS.technet.local\RDWeb) ünvan sahəsinə daxil edirik. İstifadəçi adı və şifrəni yazaraq daxil oluruq.
Daxil olduqdan sonra RemoteApp`ə əlavə etdiyimiz proqramlar ekranda əks olunur.
İstədiyimiz proqramın üzərində tıklamaqla onu işə sala bilərik. Bu nümunədə biz Calculator proqramını işə salırıq. Aşağıdakı görüntü ekranda əks olunacaq. (Daha ətraflı Remote Desktop Connection) Connect düyməsini tıklayaraq davam edirik.
Aşağıda açılan pəncərədə istifadəçi adı və şifrəni təkrarən daxil edərək proqramı işə salırıq. Hər dəfə istifadəçi adı və şifrənin təkararən daxil edilməməsi üçün lazımı sazlanmalar barədə növbəti məqələlərimizdə məlumat verəcəyik.
Bununla da proqramımız işə düşür və artıq proqramdan istifadə edə bilərik.
Şərhlər ( 1 )
yaxsi bir məqalədir təşəkkürlər