“Failed to synchronize cache for repo appstream” və yaxud How to fix “Failed to synchronize cache for repo BaseOS”
Bəzi hallarda Centos əməliyyat sistemlərində appstream vəya BaseOS reposu ilə aşağıdakı xəta ilə qarşılaşırıq.
Failed to synchronize cache for repo ‘baseos’, ignoring this repo.
Failed to synchronize cache for repo ‘appstream’, ignoring this repo.
Məlumatları daha da detallı olaraq /var/log/dnf.log yolunu izləyərək görə bilərsiniz.
Bu problemi necə aradan qaldıra bilərik.
Bu problem bir neçə səbəbdən qaynaqlana bilər.
- İnternet bağlantısı problemindən
- Tarix və saat düzgün olmamasından
- Dnf keş köhnəlmiş və yaxud mövcud olmamağından
1. Tarix və zamanın düzəldilməsi
Timedatectl komandası ilə mövcud saat və tarixi müəyyən edə bilərsiniz. Əgər düzgün zaman qurşağında deyilsinizsə aşağıdakı komanda ilə öz ərazinizə uyğun olaraq bunu düzəldə bilərsiniz. (Mən Bakı olaraq qeyd edirəm)
[root@localhost ~]# timedatectl set-timezone "Asia/Baku"
2. Köhnəlmiş dnf keşi təmizləmək
Bütün dnf keşi təmizləmək üçün aşağıdakı komandanı istifadə edə bilərsiniz.
[root@localhost ~]# dnf clean all
[root@localhost ~]# rm -rf /var/cache/dnf
3. Centos baseURL –I Mirror.centos.org –dan vault.centos.org-a necə dəyişdirə bilərik?
Centos OS-8 end of life (EOL) olduqdan sonra artıq yenilənmələri almamağa başlamışdır. Lakin əməliyyat sisteminizi yeniləməyə ehtiyac yaranarsa qalıcı arxivləri vault.centos.org reposundan almağınıza zərurət yaranacaqdır. Alternativ olaraq CentOS stream-a upgrade etmək üçün Rocky Linux-a keçiş edə bilərsiniz.
Öncə /etc/yum.repos.d/ direktoriyasına keçid edək.
[root@autocontroller ~]# cd /etc/yum.repos.d/
Aşağıdakı komandaları terminalımızda icra edək.
[root@localhost ~]# sed -i 's/mirrorlist/#mirrorlist/g' /etc/yum.repos.d/CentOS-*
[root@localhost ~]# sed -i 's/mirrorlist/#mirrorlist/g' /etc/yum.repos.d/CentOS-*
Artıq dnf update əmrlərini icra edə biləcəksiniz.
[root@localhost ~]# dnf update