Scaling nədir? Horizontal və vertikal scaling termləri
Bu məqalədə biz, Scaling – dən danışacağıq (Miqyaslama, böyümə). Horizontal və Vertikal scaling terminlərinə qısaca baxacağıq. Bu məqalə, informasiya texnologiyaları sahəsində çalışanlar, IT menecerlər və tətbiq sahibləri üçün müxtəlif scale (genişləmə) strategiyalarını anlamaq və istifadə etmək üçün yararlı ola bilər.
Scaling nədir?
“Scaling” informasiya texnologiyaları və kompüter elmi sahələrində ən çox istifadə olunan bir konseptdir.
Scaling: Sistemləri və tətbiqləri genişlədirmək və böyütmək üçün bir konsept
Yaratdığımız application-lar (tətbiqlər) eyni zamanda gələn böyük ölçüdə istəkləri qarşılaya bilməyən zaman artıq scaling proseduru limitinə gəlib çatmışdır. Yəni artıq yaratdığımız tətbiq (application) istəklərə , sorğulara cavab vermir, tətbiqdə donmalar müşahidə olunur, gecikmələr baş verir .Bu da artıq mövcud tətbiqin əlavə güc resurslarına ehtiyacı olduğunu göstərir.
Zaman-zaman şirkətlər böyüdükcə istifadə etdikləri mühitdə kəsinti və gecikmələrin qarşısını almaq üçün qaynaqları genişləndirmək və resursları artırmağa ehtiyac yaranır. Bu zaman qarşımızda horizontal və vertical olaraq 2 şəkildə scaling proseduru görünür.
Horizontal scaling və Vertical scalig hər ikisi də informasiya resurslarınızın artırılması, genişləndirilməsi prosedurunu əks etdirir.
Əsas fərqlər nələrdir onlara qısaca baxaq.
Horizontal Böyümə (Scale Out): Bu növ böyümədə, yeni serverlər mövcud infrastruktura əlavə edilir. Yeni serverlər, yüklənməni daha optimal şəkildə bölüşdürmək və daha çox istifadəçiyə xidmət vermək üçün istifadə olunur. Ondan əlavə horizontal böyümə yükü müxtəlif serverlər arasında bölmək mənasına da gələ bilər. Qısaca, mövcud infrastrukturunuzda yük 1 server üzərindədirsə , əlavə 2 server qoyaraq yükü 3 server üzərində bölüşdürürsünüzsə bu horizontal böyümədir.
Vertikal Böyümə (Scale Up): Bu növ böyümədə, mövcud serverlərin hardware resursları (məsələn, CPU, RAM, yaddaş) yüksəldilir və təkmilləşdirilir. Daha güclü və performanslı serverlər istifadə edilməklə sistem gücü artırılır.
Vertikal scaling node-ları daha güclü edir. Əgər 1 serveriniz varsa ona CPU , RAM və s. komponentlər əlavə edərək parametrləri yüksəldirsinizsə bu vertical böyümədir. Vertikal böyümə mövcud mühitinizi qoruyur , lakin daha artıq güc əlavə edər. Bunu da unutmaq olmaz ki, vertical böyümə zamanı mövcud avadanlığınızın maksimum bacardığı gücə qədər artıra bilərsiniz və bu da limitlidir.