Windows share-i Linux ƏS-nə necə mount etmək olar
Windows share-i Linux ƏS-nə necə mount etmək olar
Salam dostlar. Bu məqalədə Windows OS ilə share olunan bir directory necə linux OS-ə mount oluna bilər qısa şəkildə baxacağıq.
Deyəlim bir Centos üzərində hər hansı bir server qurmusunuz. Backup üçün və yaxud crobjob vasitəsi ilə müəyyən zamanlarda linux serverinizdə yerləşən hər hansı faylı Windows üzərində share olunmuş qovluğa atmaq istəyirsiniz. Bunun üçün bizə linux server üzərində qurulmuş cifs (Common Internet File System)
lazımdır.
Cifs – Ortaq internet fayl sistemi deyə adlandırılan, müxəlif bazalı əməliyyat sistemlərində ortaq fayl sistem qurmaq üçün istifadə olunan servis paketidir.
Cifs Microsoft tərəfindən yaradılan SMB (Server message block) –in ümumi bir adıdır.
Indi isə bizə bir ədəd windows shared directory lazımdır.
Şəkildə Share_SMB qovluğunu test adlı istifadəçiyə read və write imtiyazları ilə bir paylaşım edirik. NTFS security qisminə dəyməyəcəm onu istədiyiniz kimi tənzimləyə bilərsiniz.
Windows maşınımızda hələlik bu qədər.
Keçirik Linux maşınımıza. (İstifadə olunan əməliyyat sistemi Centos 7)
Öncə Linux əməliyyat sistemimizdə yum update əmrini verməmiz daha yaxşı olacaq ki sistem son yenilənməsini alsın
Sonra isə mövzumuzdakı cifs paketlərini qururuq.
#yum install cifs-utils
Ardından mount etmək üçün bir folder yaradırıq.
# mkdir /mnt/Share_Linux
Paketlər yükləndikdən və folder yaratdıqdan sonra artıq folderimizi mount edə bilərik. Aşağıdakı komandanı icra edirik.
# mount -t cifs -o username=test,password=123456 //10.0.10.30/ShareSMB /mnt/Share_Linux
Username və password isə test useri üçün verdiyimiz credentials-lardır.
Artıq aşağıdakı komandanı verərək yoxlaya bilərik.
# df –h
Gördüyünüz kimi artıq mount etdiyimiz folder görünməkdədir. Indi həmin folder içərisində fayl yaradaraq test edib windows maşından baxaq.
aşağıdakı şəkildə yoxla.txt faylının yarandığını görürük
Bildiyiniz kimi linux əməliyyat sistemlərində reboot sonrası mount olunan folderlər umount olunur. Bunun üçün onu biz fstab içərisinə əlavə etməliyik.
# vim /etc/fstab
//10.0.10.30/Share_SMB /mnt/Share_Linux cifs username=test,password=123456,iocharset=utf8,vers=3.0,noperm 0 0
Ardından hər şeyin qaydasında gedib getmədiyini yoxlamaq üçün aşağıdakı komandanı veririk
#mount –a
Heç bir xəta almadığımız üçün prosedurların qaydasında getdiyini görürük.
QEYD:
Fstab faylında hər zaman iş bitdikdən sonra mount –a komandasını vermək vacibdir. Əgər kiçik bir səhvliyə yol verdiksə bu komanda xəta bildirəcək
O xətaya məhəl qoymadan sistemi yenidən başladarsaq serverimizin açılması zamanı uzun zaman itkisi və xətalar ala bilərik.