Zabbix+Grafana qurulması
Salam Dostlar, bu dəfə Sizə çox saylı istəklərə əsasən “Server və şəbəkə” avadanlıqlarının loqlama sisteminə aid olan Zabbix + Grafana qurulması haqqında məqalə paylaşacam. İlk öncə aşağıdakı linkdən:
http://mirror.yer.az/CentOS/7.8.2003/isos/x86_64/CentOS-7-x86_64-DVD-2003.iso
Centos 7 iso faylın yükləyirik.
Daha sonra Centos 7 –ni yükləyirik. Mən ev ortamı olduğu üçün Vmware də qurulmanı göstərəcəm
Small |
CentOS |
Virtual Appliance |
MySQL InnoDB |
100 |
Medium |
CentOS |
2 CPU cores/2GB |
MySQL InnoDB |
500 |
Large |
RedHat Enterprise Linux |
4 CPU cores/8GB |
RAID10 MySQL InnoDB or PostgreSQL |
>1000 |
Very large |
RedHat Enterprise Linux |
8 CPU cores/16GB |
Fast RAID10 MySQL InnoDB or PostgreSQL |
>10000 |
Zabbixin tələblərinə uyğun VM –i tənzimləyirik.
Daha sonra Centos 7 yüklənməsinə başlayırıq…
Bu bölmələri özümüzə uyğun şəkildə tamamlıyırıq.
Bundan sonra Centos a Putty ilə daxil olub, Centos 7 üçün ən son yenilənmələri əldə et əmrini icra edirik:
(əgər static İP address verməmisizsə, “ip address” ilə DHCP dən alınan İP-ni görə bilərsiniz, bəzən olur ki “Auto Connect” seçili olmur və İP əldə etmir bunun üçün VM cmd də “nmtui” yazıb, static İP verib, Auto Connect -i işarələyə bilərsiniz)
[root@zabbix shirazov]# yum -y update
Daha sonra Centos -a zabbix repo -sun yükləyirik:
[root@zabbix shirazov]# yum install https://repo.zabbix.com/zabbix/4.4/rhel/7/x86_64/zabbix-release-4.4-1.el7.noarch.rpm
Daha sonra zabbix üçün lazım olan servisləri “One click” yolu ilə aşağıdakı qaydaya yükləyirik:
[root@zabbix shirazov]# yum -y install zabbix-server-mysql zabbix-web-mysql mysql mariadb-server httpd php
Bundan sonra Mariadb və Apache servislərini aktiv edirik:
[root@zabbix shirazov]# systemctl start mariadb
[root@zabbix shirazov]# systemctl enable mariadb
[root@zabbix shirazov]# systemctl start httpd
[root@zabbix shirazov]# systemctl enable httpd
Daha sonra servisləri yoxlamaq üçün:
[root@zabbix shirazov]# sudo yum install net-tools
[root@zabbix shirazov]# netstat –plntu
Gəldik Apache –nin konfiqurasiya edilməsinə:
[root@zabbix shirazov]# vi /etc/php.ini
Aşağıdakı dəyərləri php.ini –yə daxil edirik:
max_execution_time = 600
max_input_time = 600
memory_limit = 256M
post_max_size = 32M
upload_max_filesize = 16M
date.timezone = Asia/Baku
Bu dəyərləri daxil etdikdən sonra Apache yə restart veririk:
[root@zabbix shirazov]# systemctl restart httpd
Bundan sonra keçirik Mariadb sazlanmasına:
[root@zabbix shirazov]# mysql_secure_installation
Burda bütün bölmələrə “y” daxil edərək bitiririk
Daha sonra zabbix üçün database yaradırıq:
Db name: zabbix
DB username: zabbix
Pass: ZaBbiX
[root@zabbix shirazov]# mysql -u root –p
MariaDB [(none)]>
create database zabbix character set utf8 collate utf8_bin;
grant all privileges on zabbix.* to zabbix@localhost identified by ‘ZaBbiX’;
flush privileges;
exit
[root@zabbix shirazov]# sudo systemctl status mariadb
Bundan sonra isə zabbixin işə düşməsi üçün lazım olan SQL məlumatların bazaya import edirik:
[root@zabbix shirazov]# cd /usr/share/doc/
[root@zabbix doc]# ls
Qeyd: Burda ls yazaraq Sizin servere hansi zabbix-server-mysql versiyasını təyin edirsiniz. Mənim serverə yüklənən forma: zabbix-server-mysql-4.4.9 budur. Ola bilər ki Sizdə digər ən son versiya yüklənə bilər.
[root@zabbix doc]# cd zabbix-server-mysql-4.4.9
[root@zabbix zabbix-server-mysql-4.4.9]# gunzip create.sql.gz
[root@zabbix zabbix-server-mysql-4.4.9]# mysql -u root -p zabbix < create.sql
MariaDB admin parolun daxil ederek prosesi tamamlayırıq
Bundan sonra Zabbix server məlumatların daxil edirik:
[root@zabbix shirazov]# cd
[root@zabbix shirazov]# vi /etc/zabbix/zabbix_server.conf
DBHost=localhost
DBName=zabbix
DBUser=zabbix
DBPassword= ZaBbiX
Bu məlumatları daxil etdikdən sonra Ctrl+C və :wq yazıb Save edirik/
Firewall da aşağıdakı portları açırıq:
[root@zabbix shirazov]# firewall-cmd –permanent –add-port=10050/tcp
[root@zabbix shirazov]# firewall-cmd –permanent –add-port=10051/tcp
[root@zabbix shirazov]# firewall-cmd –permanent –add-port=80/tcp
[root@zabbix shirazov]# firewall-cmd –reload
[root@zabbix shirazov]# systemctl start zabbix-server
[root@zabbix shirazov]# systemctl enable zabbix-server
[root@zabbix shirazov]# systemctl start httpd
[root@zabbix shirazov]# systemctl enable httpd
Ən vacib olan bu əmrlər verilməsə zabbix server işləməyəcək:
[root@zabbix shirazov]# yum install policycoreutils-python -y
[root@zabbix shirazov]# setsebool -P httpd_can_connect_zabbix on
[root@zabbix shirazov]# setsebool -P httpd_can_network_connect on
[root@zabbix shirazov]# setsebool -P zabbix_can_network on
[root@zabbix shirazov]# curl https://support.zabbix.com/secure/attachment/53320/zabbix_server_add.te > zabbix_server_add.te
[root@zabbix shirazov]# checkmodule -M -m -o zabbix_server_add.mod zabbix_server_add.te
[root@zabbix shirazov]# semodule_package -m zabbix_server_add.mod -o zabbix_server_add.pp
[root@zabbix shirazov]# semodule -i zabbix_server_add.pp
[root@zabbix shirazov]# reboot
İstəyə uyğun Zabbix serverin özünə də Zabbix agent i yükləyə bilərik
[root@zabbix shirazov]# yum install zabbix zabbix-agent
[root@zabbix shirazov]# vi /etc/zabbix/zabbix_agentd.conf
Server=127.0.0.1
ServerActive=127.0.0.1
Hostname=ZABBIX
[root@zabbix shirazov]# systemctl start zabbix-agent
[root@zabbix shirazov]# systemctl enable zabbix-agent
[root@zabbix shirazov]# systemctl status zabbix-agent
Bundan sonra keçirik veb səhifəyə:
http://Sizin_İP_address/zabbix və ya http://hostname
Növbəti addım
Əgər düzgün qaydada php.ini konfiqurasiya edilmişsə hər bir bölmə “OK” olmalıdı
Növbəti addım
Növbəti addım
Və uğurlu son:
Default login: Admin
Parol: zabbix
Burda diqqət edin ki Zabbix server is running -Yes olsun. Əks halda hansısa yazdığım bölməni unutmusunuz!
Bundan sonra keçirik Grafana qurulmasına:
[root@zabbix shirazov]# sudo vi /etc/yum.repos.d/grafana.repo
Açılmış səhifəyə aşağıdakı məlumatları daxil edirik:
[grafana]
name=grafana
baseurl=https://packages.grafana.com/oss/rpm
repo_gpgcheck=1
enabled=1
gpgcheck=1
gpgkey=https://packages.grafana.com/gpg.key
sslverify=1
sslcacert=/etc/pki/tls/certs/ca-bundle.crt
Ctrl+C sıxıb :wq yazaraq, Save edirik
[root@zabbix shirazov]# sudo yum install grafana
Daha sonra isə Fontları yükləyirik:
[root@zabbix shirazov]# yum install fontconfig
[root@zabbix shirazov]# yum install freetype*
[root@zabbix shirazov]# yum install urw-fonts
Bundan sonra Grafana serverin aktiv olmağın yoxlayırıq, aktiv deyilse, işə salırıq və daim işləməsi üçün servis yaradırıq
[root@zabbix shirazov]# systemctl status grafana-server
[root@zabbix shirazov]# systemctl start grafana-server
[root@zabbix shirazov]# systemctl enable grafana-server.service
Firewalda port açırıq:
[root@zabbix shirazov]# firewall-cmd –zone=public –add-port=3000/tcp –permanent
[root@zabbix shirazov]# firewall-cmd –reload
Gəlirik veb səhifəyə:
Login: admin
Parol: admin
Daha sonra zabbix -ə qoşmaq üçün aşağıdakı plugin –i yükləyirik:
[root@zabbix shirazov]# grafana-cli plugins install alexanderzobnin-zabbix-app
[root@zabbix shirazov]# systemctl restart grafana-server
Bundan sonra Grafana ya daxil olub Plugin bölməsindən zabbix i enable edirik
Daha sonra Data Sources bölməsindən zabbix i seçirik
Url: http://192.168.10.103/zabbix/api_jsonrpc.php
Zabbix API details
Username: Admin
Password: zabbix
Artıq zabbix Grafanaya inteqrasiya olundu.
Bir sonrakı məqalədə görüşmək ümidilə…