MCSA, MCSE, MCSD sertifikatlarının(imtahanların) vaxtları uzadıldı – 31 yanvar, 2021
Hər kəsə məlum olduğu kimi Microsoft MCSA, MCSE və MCSD üzrə imtahanların 31 iyun 2020 tarixində vaxtının bitəcəyini və texnologiya-əsaslı sertifikatların yerini rol-əsaslı sertifikasiya imtahanlarının alacağını bildirmişdi. Lakin Microsoft dünya üzrə qlobal problemə çevrilmiş Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkələrdə təyin olunan karantin və məhdudiyyətləri nəzərə alaraq, vaxtının bitməsi nəzərdə tutulan imtahanların təyin olunan vaxtlarının uzadılması haqqında məlumat vermişdir.
Belə ki, 30 iyun 2020 tarixinə təyin olunmuş vaxt uzadılaraq 31 yanvar 2021-ci il olaraq dəyişdirilmişdir: bu sertifikatları qazanmaq və yeni rol-əsaslı sertifikatlara keçid etmək üçün Microsoft əlavə 7 ay təklif etmişdir.
Microsoft-un ilk olaraq məlumat yaydığı vaxtdan etibarən bu məsələ ilə bağlı çoxlu sayda sorğu və şikayətlər daxil olmuşdur. İnsanların çoxu şok və çaşqınlıq içində sadəcə 6 ayın olmasını narazılıq kimi bildirdilər. Həm bu təklif, narazılıq və şikayətlər, həm də hazırki qlobal problem nəzərə alınaraq, bu müddət uzadıldı və 31 yanvar 2020 olaraq təyin olundu.
Mənbə: An Important Update on Microsoft Training and Certification