Migrate to Azure Securely – 2

Bu məqalə "Azure Securely MIgration" silsiləsinə daxildir

Cloud təhlükəsizliyi: Mütləq və mütəmadi olaraq BACKUP alın, daha vacibi isə bərpa prosesini mütamədi test edin.

Qeydiyyat bazanız və proqramlarınız tam təhlükəsiz şəkildə qorunub saxlanırsa, istifadəçi olaraq siz, onlara kiminsə icazəsiz daxil olma ehtimalı barədə narahat olmaya bilərsiniz. Ancaq hər ehtimala qarşı, məlumat bərpa planının olması vacibdir.

Recommendations:

  1. Mütəmadi olaraq məlumat bazasının backup-ın alın. Bunu File sistem snapshot və ya başqa recovery tool ilə edə bilərsiniz.
  2. Proqramların ən vacib komponentlərini müxtəlif zonalarda yerləşdirin və zərurət yarandıqda informasiyanın ehtiyat nüsxəsini çıxarın.
  3. Proqramları kodlaşdırarkən, məlumat bazasını restart zamanı dinamik İP-adresləri dəstəklənməsini nəzərə alın və ya proqramçılardan tələb edin.
  4. Hadisələri izləyin və onlara vaxtında reaksiya verin.
  5. Hər hansı bir səhvin (error) öhdəsindən gələcəyinizə əmin olun. Ən azı şəbəkə interfeysini və ya  IP ünvanını məlumat bazasının ehtiyat nüsxəsinə əl ilə qoşa bilməlisiniz.

Uyğun Hosting mühiti seçin!

Mövcud bir proqramın köçürülməsi və ya buludda sıfırdan yaradılmasından asılı olmayaraq, düzgün bulud infrastrukturunu seçməlisiniz.

Aşağıda qeyd olunan xarakteristikaların olmasına dıqqət yetirin:

  • Şaquli və üfüqi “flexibility” və “scalibility”;
  • Müxtəlif ölkələrə çıxış imkanı;
  • One-click məlumat çatdırılması;
  • İstifadəyə və maliyyə dövriyyəsinə dair məlumatları izləmək imkanı;
  • Reserv məlumatlarının saxlanma imkanları.

Müxtəlif ictimai buludlarda xidmətlərini təklif edən bir çox proqram təchizatçıları var: Google, Azure, AWS  və s bunlara nümunə göstərmək olar.

Ümumi mülkiyyət xərclərini azaltmaqla, bulud texnologiyalarının istifadəsi nəinki təkcə istifadəçilərə, həm də təchizatçılara gəlir gətirir, hansı ki, SaaS modeli onlar üçün müntəzəm gəlir yeri deməkdir.

Miqrasiya strategiyasını formalaşdırın və Roadmap təyin edin.

Miqrasiya strategiyasını seçməzdən öncə:  “hər zaman” texnoloji platformanın sizin biznesə nə dərəcədə uyğunluğunu yoxlayın.

Transferin əhəmiyyətli komponentləri və proqramları, eləcə də transfer üçün son tarixlər (deadline) müəyyən edilərsə, miqrasiya strategiyasını seçmək çox vaxtınızı almayacaq.

Əgər siz müəssisə səviyyəsində proqramlarla məşğul olan müstəqil proqram təminatçısınızsa, istifadəçi narahatçılığını minimuma endirmək üçün, mərhələli cloud miqrasiya strategiyası sizə daha uyğun olacaq.

Proqramlarınızın tələblərini, əlavə olaraq təhlükəsizlik kimi vacib faktorları, resursların istifadə olunmasını, kontrol mexanizmlərini və s. kimi amilləri nəzərə alaraq uygun cloud platformasını seçməlisiniz. Bundan başqa private, public və hibrid cloudlar arasında seçiminiz var.

Bulud arxitekturasından maksimal istifadə edin.

Növbəti məntiqi addım – proqramın arxitekturasını servis  kimi təqdim etmək üçün yenidən təşkil etmək və ya yenidən qurmaqdır. Bu servisin xüsusiyyətləri:

  • API və xidmət yönümlü arxitektura;
  • Daxili qoruma ilə genişlənən məlumat modelləri;
  • Hazır multi-support dəstəyi;
  • Çevik konfiqurasiya imkanı.

Nəticələr:

Birbaşa Cloud miqrasiyasını necə başlamağa hələ qərar verməmisinzsə, qeyd olunan nüansları diqqətdə saxlayın.

Həm də unutmayın ki, Cloud mühitinə keçid ani şəkildə baş verən prosses deyil, sadəcə olaraq potensial yarana biləcək problemləri əvvəlcədən müəyyən etmək, miqrasiyanın işini çox rahatlaşdırır.

Səs: +120. Bəyənilsin Zəifdir

Müəllif: MirCeyhun Musayev

Şərh yazın