MCSA, MCSD, MCSE sertifikasiya imtahanlarının vaxtı bitir; davamlı investisiya ilə rol-əsaslı sertifikatlara!
Microsoft Sertifikat alınma prosesində dəyişiklik edib. Belə ki, Microsoft Rollara görə tədris təkliflərini genişləndirməyə davam edir. Rollara görə dedikdə qısa izahı odur ki, Microsoft Bulud texnologiyalarına üstünlük verir və bütün sertifikat və imtahanlar bulud həllərinə yönəldilir.
Microsoft Certified Solutions Associate (MCSA), Microsoft Certified Solutions Developer (MCSD), Microsoft Certified Solutions Expert (MCSE) sertifikatlarına aid bütün imtahanlar 30 İyun 2020-ci il tarixində dayandırılacaq. Yəni bu tarixə qədər sözü gedən sertifikatları almaq üçün son şansdır. Əgər siz yuxarıda qeyd olunan sertifikatların alınması üçün hazırlaşırsınızsa 30 iyun 2020-ci il tarixinədək imtahanları verməlisiniz. Həmin tarixdən etibarən sertifikatlar və imtahanlar dəyişəcək.
Hal-hazırda Siz MCSA, MCSD və ya MCSE sertifikatlarına sahibsinizsə, niyə də profilinizi sizə uyğun ola biləcək yeni rol əsaslı sertifikatlardan biri ilə yeniləməyəsiniz, təbii ki, əla fürsətdir!
Tövsiyə olunan rol əsaslı sertifikatlara aşağıda qeyd olunan təsvirdə baxa bilərsiniz:
Daha ətraflı aşağıdakı linkdə:
https://www.microsoft.com/en-us/learning/community-blog-post.aspx?BlogId=8&Id=375282
https://www.microsoft.com/en-us/learning/community-blog-post.aspx?BlogId=8&Id=375282