Dünya səviyyəli mütəxəssisləri bir araya toplayan GDG DevFest Baku 2019 festivalına sayılı günlər qaldı!

GDG DevFest Baku Android, Veb və Bulud texnologiyaları üzrə dünya səviyyəli mütəxəssisləri 1 günlük sessiyalar, seminarlar və showcase-lər üçün Bakıya toplayır.

Çoxları tərəfindən ‘Google I / O’ olaraq bilinən DevFest -fenomenal bir anmosferdə təcrübə mübadiləsi üçün ən yaxşı yer olaraq yaradılmışdır.

Festival Azərbaycan-Fransa Universitetində(UFAZ) baş tutacaqdır. Bulud texnologiyasının gələcəyini Google developerlər, Partnyorlar və qonaq məruzəçilərdən öyrənməyə tələsin.
Festivalda iştirak edəcək məruzəçilər haqda məlumat linki: DevFest Baku 2019 festivalında çıxış edəcək məruzəçilər
Festivalda iştirak etmək üçün biletin əldə edilməsi: DevFest Baku 2019-a biletin əldə edilməsi

Müəllif: Elza Zahirova

Şərh yazın