DHCP server olan mühitdə IP conflict əngəlləmə.

Normal hallarda bir DHCP scope yaradırıq. Və DHCP server  (discovery, offer, request, acknowledgement)  DORA  mərhələlərini gerçəkləşdirərək bir İP address paylaşımı prosedurunu başladır. DHCP server ilk ünvandan etibarən İP paylamağa başlayır. Deyəlim ki, DHCP serverimizdə İP address aralığını 192.168.50.20 və 192.168.50.100 kimi tənzimləmişik. Ama ola bilər ki hər hansı bir kompyuterdə əllə (static) olaraq 192.168.50.25 ünvanını vermişik. Bu kompyuter DHCP server ilə DORA mərhələsini yaşamadığı üçün də, DHCP server bu ardıcıllıqdan bixəbər olacaq və 192.168.50.25 adresini də sırası gələndə hər hansı avadanlığa verəcək.

Bu vəziyyətin qarşısını almaq üçün, Windows DHCP Serverdə veriləcək  növbəti IP-ni müştəri kompüterinə qoşmadan əvvəl istifadə olub olmadığını yoxlamaq mümkündür.

DHCP server olan mühitdə İP conflict-i əngəlləmə proseduru aşağıda göstərilmişdir.

Öncə DHCP serverimizdə İPv4 Properties bölməsini açırıq.

Yeni açılan pəncərədə advanced bölməsinə keçirik.

Advanced qismində isə bizi maraqlandıran Conflict detection attempts seçimidir.

Default olaraq bu rəqəm “0” olaraq gəlməkdədir. Biz bu rəqəmi dəyişdirərək hər hansı bir say qoyuruq. Məsələn 4 kimi qeyd edirik. Bu o deməkdir ki DHCP server IP vermə zamanı ilk öncə həmin IP adresə 4 ədəd ping paketi atacaqdır. Bununla o həmin IP adresin manual olaraq əllə verilib verilmədiyini yoxlayacaq. Və ping paketləri uğurlu olarsa həmin addresi atlayacaq və növbəti IP ni yoxlayacaq. Bu şəkildə şəbəkənizdə əgər əllə İP vermisinizsə conflict yaşanmayacaq.

Səs: +40. Bəyənilsin Zəifdir

Müəllif: Elbey Gulmemmedli

Şərhlər ( 1 )

  1. Əla məlumatdır. Bəzən bu tip sadə ayarların nəzərdən qaçması Texniki xidmət göstərən əməkdaşlara ciddi maneələr yaradır və boşuna iş yükü artırır.

Şərh yazın