Nested Virtualization

Salam Dostlar. Bu məqalə Vmware mühitində aparılan laboratoriya işləri üçün tələb olunan bir neçə sazlamanı əhatə edir. İlk öncə Nested Virtualization anlayışı barədə məlumat verək. Bunu virtualizasiya içində virtualizasiya kimi təsvir etmək olar. Fərz edək ki, sizin cəmi bir ədəd güclü fiziki kompüteriniz və ya serveriniz (fiziki host) var. Siz Hyper-V və ESXi Cluster-lərini, virtual maşınların Live migration və s. cluster əməliyyatlarını, ISCSi target əsaslı storage mühitini Lab-da qurmaq istəyirsiniz. Təbii ki, bunu etmək üçün normalda 2-3 fiziki maşın tələb olunur. Lakin Nested Virtualization vasitəsilə bütün bu əməliyyatları bir fiziki maşın üzərində etmək olar. Bizim misalda bu əməliyyatları Vmware Workstation və ya ESXi vasitəsilə icra edəcəyik.

Burada 1-ci səviyyə virtualizasiya üzərindəki virtual maşınlar fiziki host üzərindəki hipervizorda işləyir. Bu virtual maşınlar birbaşa fiziki hostun lokal disklərində yerləşir. Cluster üçün minimum 2 host və 1 storage lazım olduğu üçün fiziki host üzərində 3 virtual maşın yaradılıb. Bu virtual maşınları Clusterimizin gələcək resurs tələbatlarına uyğun olaraq sazlayırıq (kifayət qədər Cpu nüvələri, RAM, network adapterləri, lazımi sayda və həcmdə virtual harddisklər əlavə edirik). Belə ki, cluster nodları üçün Ram, Cpu, network adapterləri, storage üçün isə harddisk həcmi, performansı və networkun sürəti önəmlidir.

 

Artıq bu mərhələdə 1-ci səviyyədəki virtual maşınlara fiziki hostlar kimi baxa bilərik. Bu virtual hostlardan Hyper-v  və ya Esxi əsasında cluster yaradırıq və artıq bu cluster üzərində virtual maşınlar yaratmaq olar. Bu virtual maşınlar isə clusterin İSCSİ virtual disklərinin içində yerləşəcək. Bu gəldiyimiz nöqtə artıq 2ci səviyyə virtualizasiya və ya Nested Virtualizasiyadır. 

Bu mühiti qurarkən bir neçə çətinliklə üzləşəcəyik.   

1.     Network problemi.

Virtual cluster üzərində qaldırılmış virtual maşınların networku işləmir. Bu problemi həll etmək üçün fiziki hostda cluster nodlara qoşulacaq virtual switchlərdə dəyişiklik etmək lazımdır.

Promiscuous Mode:         Accept

Forged Transmits:           Accept

1.      Apparat Virtualizasiyası

 

Fiziki host üzərində yaradılan virtual hostlarda hipervizorun aktiv olunması aşağıdakı ardıcıllıq icra olunmalıdır

a.      Tələb olunan virtual hostu söndürürük.

b.      Virtual maşının properties menyusunda CPU üzərində aşağıdakı dəyişikliyi edirik:

Esxi üçün

Workstation üçün

c.      Virtual maşını inventardan çıxarırıq (Remove from İnventory).

d.      Virtual maşının fayllarının yerləşdiyi qovluqdan .vmx faylını notepadla açırıq və son sətirə bu teksti əlavə edirik:

hypervisor.cpuid.v0 = “FALSE”

vhv.enable= “TRUE”.

 

Bunu etməsək virtual hosta hipervizor rolu əlavə etmək mümkün olmayacaq:

e.      Dəyişikliyi fayla qeyd edirik və bu faylı original .vmx faylının üzərinə yazırıq. Sonra bu faylı göstərməklə virtual maşını Vmware-ə tanıdırıq (Add to İnventory).

 

Bundan sonra virtual hostu işə salıb ona hipervizor əlavə etmək olar.

1.      Zaman sinxronizasiyasının deaktiv olunması

Bəzən lab mühitində trial enterprise produktları test edərkən mühitin  zamanını trial lisenziyanın vaxtına uyğunlaşdırmaq lazım olur. Lakin virtual hostlar VM olaraq vaxtı fiziki hostun hipervizoru ilə sinxronizasiya edirlər. Bunu aradan qaldırmaq üçün yenə də virtual maşını söndürüb .vmx faylına aşağıdakı sətirləri əlavə edirik:

 

tools.synctime = “FALSE”

time.synchronize.continue = “FALSE”

time.synchronize.restore = “FALSE”

time.synchronize.resume.disk = “FALSE”

time.synchronize.shrink = “FALSE”

 

time.synchronize.tools.startup = “FALSE”

 

Sonda qeyd edək ki, virtual maşınlara fiziki hostun cpu nüvələrinin sayından artıq virtual cpu əlavə etmək olmur. Nested virtualization mühitinə fayl atmaq üçün həmin faylı proqramla, məsələn Ultraiso ilə İSO disk obrazına paketləyin və bu iso faylını virtual hosta disk kimi əlavə edin. 

 

 

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Mustafa Xodayev

Şərh yazın