Növbəti CCIE sertifikatlı yerli mütəxəssisimiz

Dəyərli dostlar, növbəti sertifikat xəbəri ilə qarşınızdayıq. Daha bir Azərbaycanlı həmkarımız, technet.az-ın aktiv üzvlərindən biri olan Hatəm Şükür Cisco Certified Internetwork Expert (CCIE) sertifikatı üçün müəyyən olunmuş tələbləri uğurla yerinə yetirərək CCIE Routing and Switching sertifikatını əldə edib. CCIE sertifikatlarını əldə etmək üçün həm yazılı, həm də praktiki hissələrdən ibarət olan iki imtahanı keçmək lazımdır. Bir çox mütəxəssislər CCIE imtahanını verməzdən öncə CCNP sertifikatına sahib olduqdan sonra azı 2-3 il təcrübənin olmasını məsləhət görürlər. Praktiki imtahanı yalnız müəyyən olunmuş ölkələrdə vermək mümkündür. Hatəm bəy hal-hazırda Cisco şirkətinin Polşa ofisində mühəndis kimi çalışır. Texnologiya Azərbaycan Qrupu olaraq Hatəm bəyi təbrik edir və uğurlarının davamını arzulayırıq.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Rizvan Bayramov

Şərh yazın