Domendaxili Windows 10-da barmaq izi ilə sistemə daxil olmanın sazlanması.

Mən bir neçə gün əvvəl iş məqsədi ilə özümə yeni ürəyimə yatan noutbuk aldım (modeli yazmıram çünki ola bilər ki TechNet reklam istəməz), kompyuteri alan zaman barmaq izi skaneri olan noutbuk seçdim. Amma kompyuteri domenə qoşandan sonra Domen Administratorunun barmaq izi skanneri vasitəsi ilə autentifikasiyanın “bağlandığı” ilə qarşılaşdım yəni PİN və Fingerprint seçimləri sadəcə deaktiv idi.

Noutbukun bütün resurslarını və imkanlarını istifadə etmək istədiyimdən mən yaranmış vəziyyətdən  çıxışı tapdım və Sizə təqdim edirəm.

Dəyişikliklərin Sistem Reestrində əks olunacağını nəzərə alaraq ilk öncə «Win + R» basıb “regedit” yazaraq Sistem Reestri Redaktoruna daxil olmaq lazımdır. Sonra

Computer\HKEY_LOCAL_MACHINE\SOFTWARE\Policies\Microsoft\Windows\System” yolu üzrə keçib qovluqda “AllowDomainPINLogon” adlı “DWORD (32 bit)" yaradırıq və “Hexadecimal” sayımı ilə ona “00000001” dəyəri veririk.

Açarı yaratdıqdan sonra ənənəvi olaraq restart etmək lazımdır. Restartdan sonra isə artıq PİN və Barmaq izi ilə daxilolma aktivləşdir və sazlamaq mümkün olur.

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Omar Bayramov

Şərh yazın