Qoşulmuş olduğunuz Wi Fi-ın ad parolunu öyrənmək üsulu

Salam. Bu Mənim ilk məqaləmdir. Mən sizə bu gün maraqlı, həm də çoxlarına kömək olacaq bir bilgini paylaşacam. Bəlkədə kimlərsə bunu artıq bilirlər. Bilməyənlərdə bu məqalə sayəsində artıq öyrənmiş olacaqlar. Keçək məqaləyə… Deməli biz Əməliyyat Sistemində bütün qoşulu olan və ya nə vaxtsa qoşulduğumuz Wi Fi-ların ad və parollarını necə öyrənəcəyimizi göstərəcəm. Kompyuterdə command line (CMD) Administrator kimi çalışdırırıq. CMD-yə aşağıdakı əmri  daxil edirik.

 netsh wlan show profile 

Və şəkildə göstərildiyi kimi  kompyuterlə qoşulduğumuz bütün Wi Fi-ları göstərəcəkdir. Parolunu öyrənmək istədiyimiz Wi Fi-ın adını qeyd etm’k laz;m olacaq.

 netsh wlan show profile name=(Wi Fi adı) key=clear 

Burada “Key content” yazısının qabağında parol qeyd olunmuşdur. Və beləcə siz qoşulduğunuz bütün Wi Fi-ların ad və parollarını öyrənə bilərsiz.

Mac istifadəçiləri isə aşağıdakı əmrləri terminalda yazaraq şifrələri görə bilərlər.

 security find-generic-password -ga (Wifi-in adi) * grep password 

UĞURLAR!!!

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Alvin Ibrahim

Şərh yazın