Proqramlaşdırmaya yeni başlayanlar üçün məlumat; C/C++-ın önəmi haqqında.
Çoxsaylı səhv yönləndirmə, məsləhətlərə cavab olaraq aşağıdakı fikirləri yazmağa qərar verdim.
İlk öncə gəlin bizim İT ilə, qonşumuz Rusiya arasında kiçik bir müqayisə aparaq. Mən Amerika demədim, çünki onda deyəcəklər ki, ora Amerikadı. Ermənistan da demədim, onda da deyərlər vətənə xəyanət edirsən.
Bu məqsədlə Mail.ru və Yandex-i nümunə kimi seçmişəm.
2015-ci ildə bu şirkətlərin baş ofislərini ziyarət etmə imkanım oldu və ordakı ümumi abu-havanı sizə çatdırmaq istəyirəm.
Yandex deyəndə sadəcə axtarış, Mail.ru deyəndə isə sadəcə mail sistemi ağla gəlirsə, inanın bundan daha artığıdır.
Vkontakte, Odnoklassniki deyəndə ikrah hissi oyanırsa, bunların İT infrastrukturunun nə qədər böyük olması ağlıma gəlir və sadəcə əhsən deyirəm.
Burada bu mövzunu dondururam və keçirəm bizim ölkəyə.
Bizdə bu kimi işlər görən hər hansı şirkət yoxdur. Dolayısı ilə, müqayisəni şirkətlər yox ətraf aləmdən təcrid olunmuş beyinlərə yönəldirəm.
Nəyə görə biz dünyanın gördüyü işlərə meyl etmirik? Open Source proyektlərdə hər hansı üsulla iştirak etmirik?
Düşünürəm bunun əsas səbəbi, ilk başlayanda verilən səhv yönləndirmə, suya düşən xəyallar və ümumən mənəvi yorğunluqdur.
Nəyə görə məsləhət verəndə öz sahəmizdən məsləhət veririk? Oracle DBA-sınızsa, Oracle-dan başqa məhsulun var olduğunu dəməyə sadəcə borclusunuz. Özü də dünyanın pullu, bağlı qaynaq kodu olan məhsulları yox, məhz açıq və pulsuz məhsulları istifadə etməkdə daha uğurlu olduğunu bildiyiniz halda. Götürək, PostgreSQL və MySQL-i, bizdə bunlara administrativ cəhətdən əhəmiyyət vermirlər, default parametrlərlə, köhnə versiyalarını işlədirlər və sonra da deyirlər ki, bunlar zəifdirlər.
Necə zəif olurlar ki, Facebook, Twitter, Github, Uber və.s MySQL istifadə edirlər?
Nəyə görə, hansısa bankda səhərdən axşama oturub Excell qurtdalamağı(mənim başıma gələn real hadisə) bu şirkətlərdə olmaqdan üstün tutursunuz?
Dolayısı ilə öz sahənizi məsləhət görməyin, hər hansı bankda C# var olduğu üçün, onu öyrənib dünyanın geri qalanından geri qalmaq lazım deyil.
Mən hətta C/C++ öyrənən birini yolundan ayırıb, DBA, ya Windows Server-ə yönəldən insanlara isə sadəcə təəccüb edirəm.
(Burada konkret şəxsdən söhbət getmir, ümumiyyətlə hamı nəyisə məsləhət görür)
Biraz da proqramlaşdırmanın özündən deyim. Siz yeni başlayırsınızsa, özünüz üçün bir müəyyən edin ki, 9-dan 6-ya mənasız bir yerdə lokal proyektləri barmaqlamaqla ömür keçər ya yox? Bir də sizə, elit təbəqənin arasına qatılmaq şansınızın olduğunu desəm?
Dolayısı ilə, ilk başlayarkən bütün dünyanın etdiyi kimi:
* Alqoritmlər və Data strukturları mövzusunu oxuyursunuz.
* Bunu C/C++ üzərində edirsiniz.
Deyək ki, mövzuları qavradınız və indi qıraqdan sizə səslər gəlir, ə boş şeydi, php öyrən sayt yığ, keç java-ya gir azercelə zada.
Təbii ki, bunların heç birinə qulaq asmırsınız:
* Sistem proqramlaşdırma oxuyursunuz, daha doğrusu Unix və Linux System programming.
* Deməli həm də Unix\Linux bilmiş olursunuz və əməliyyat sistemi necə işləyir onu anlayırsınız.
Bir müddət sonra Kernel-ə həvəs göstərirsiniz və olursunuz dünyanın ən elit proqramçıları sırasında.
İndi məsələ gəlir ki, bə iş yoxdu axı buna. Bizdə yoxdu da, xaricdə var axı.
Remote işlər də doludur. Open Source proyektlər də, hansı ki, onlarda iştirak edib, özünüzə təcrübə və reputasiya qazanırsınız. Məsələn: C++ projetcs
Üstəlik hansısa yay təcrübə proqramlarını da gözləməyə ehtiyac yoxdur.
Çox uzaq getdim? O zaman qayıdaq Yandex-ə, daha yaxına və onun C++ vakansiyalarından bəzilərinə baxaq:
Разработчик бекенда С++ в Такси
Разработчик машинного обучения
Разработчик алгоритмов качества
Разработчик Карт
Разработчик С++ в Маркет
Mail.ru-da:
Ведущий разработчик C++/C (проект Мой Мир)
C/C++ разработчик
Vkontakte:
Разработчик баз данных
Kim demişdi, istifadə olunmur, boş şeydi və s.?
AzTV-nin dediyinə inanmayın. Azərbaycan dünyanın mərkəzi deyil, siz dünya nə işlə məşğuldusa, onu da öyrənin.
Eyni hal Python dilinə də aiddir. Bizim ölkədə iş yoxdu sözü səbəbilə çox adam öyrənmir. Öyrənin, dünyada lazımlıdır.
Digər tərəfdən isə, nəyə həvəsiniz yaranıbsa, onunla da məşğul olun, özünüz araşdırın, bu həyat sizindir, siz də qərar verin.
Qeyd: 2015-ci ildən bəri, çalışdığım şirkətə bizim ölkədən 1 dənə də olsun, C++ İntern insan tapa bilməmişəm.
Mövzuya əlavələr ola bilər…
Şərhlər ( 1 )
Eslinde hevesli yaxud bilen uchun hec ne cetin deyil. Mesele bundadir hami asana uz tutur, maraq ise maddiyyatdir. Proqramlashdirma ele bir sahedir, meqsed qarshina oyrenmek koklu ve ciddi biliklere yiyelenmekdirse yalniz onda her shey alinacaq. Eger sirf pul qazanmagi dushunsen demek olar sade biliklerden bashqa hec neye nail ola bilmeyeceksen.