Routerdə DHCP-nin sazlanması

 

Bu məqaləmdə sizlərə DHCP (Dynamic Host Configuration Protocol) serverin nə üçün istifadə olunduğunu və Routerdə DHCP-nin konfiqurasiyasını göstərəcəyəm.

Şəbəkədə olan hər bir cihaz (PC, Printer, Notebook və s.) unikal olaraq 1 İP ünvan tələb edir və bu İP ünvanla  cihazlar şəbəkəyə qoşulmuş olurlar. Ümümiyyətlə bu cihazlara İP-ni statik (əl ilə ) və dinamik vermək mümkündür. Korporativ mühitlər də bu cihazlara İP-ni  statik olaraq vermək və  ya istifadəçilərin yerini dəyişdiyi zaman ona yeni İP ünvan təyin etmək  şəbəkə administratorları üçün əlavə vaxt itkisidir. DHCP server vasitəsilə PC-lərə dinamik olaraq İP paylaya bilərik. Həm router, həmdə switch də DHCP-i sazlamaq olur.

Aşağıdakı topologiyada sizlərə Router üzərindən 3 ədəd PC-ə dinamik olaraq İP paylamağı göstərəcəyəm. Bunun üçün ilk növbədə Routerin  f 0/0 interfeysinə İP verək:

---------------------- KOD ----------------------
configure terminal
 
interface fastethernet 0/0
 
ip address 192.168.1.1 255.255.255.0
 
no shutdown
 
exit

İlk növbədə biz Routerin şəbəkədə hansı İP-ləri istifadə etməməsini qeyd edirik:

---------------------- KOD ----------------------
ip dhcp excluded-address 192.168.1.1 192.168.1.10

Qeyd olunan komandada Router 192.168.1.1 – 192.168.1.10 aralığında olan İP-ləri şəbəkədə paylamır. Buna misal olaraq göstərə bilərəm ki, biz şəbəkəmizdə bir çox serverlərdən, avadanlıqlardan istifadə edə bilərik və onların DHCP-dən İP alması düzgün olmaz. Onlara manual olaraq İP vermək daha düzgün olardı.

Biz bunu aralıq şəklindən əlavə, tək bir İP formasında da qeyd edə bilərik:

---------------------- KOD ----------------------
ip dhcp excluded-address 192.168.1.11

Daha sonra dhcp pool-a ad veririk:

---------------------- KOD ----------------------
ip dhcp pool test

Pool-a ad ona görə verilir ki, şəbəkədə çoxlu sayda digər şəbəkələr də ola bilər. Ona görə də pool-a ad vermək lazımdır. Digər səbəbi isə siz ip telefoniyadan istifadə edirsiniz və istəməzsiniz ki, voice İP-ni şəbəkədən alsın cünki, ip telefoniya ilə PC-lər fərqli VLANdadırlar.

PC-lərin şəbəkədə hansı İP alması isə aşağıdakı komandada qeyd edilib:

---------------------- KOD ----------------------
network 192.168.1.0 255.255.255.0
default-router 192.168.1.1

Yuxarıda qeyd olunan üçüncü komanda isə bizim  Routerdə yaratdığımız interfeysin İP-dir.

Əgər şəbəkəmizdə DNS server varsa və bu DNS serverin İP-sini istifadəçilərə avtomatik olaraq təyin etmək istəyiriksə o zaman aşağıdakı komandanı yazmaq doğru olardı. Bunun nə üçün lazım olduğunu belə izah edə bilərəm. Məs: biz həmişə telnet edərkən hostun İP-ni yazırıq (məs: telnet 192.168.1.100). Əgər həmin host bizim şəbəkəmizdədirsə onun adını yazaraq telnet etmək olar. Məs: telnet murads

---------------------- KOD ----------------------
dns-server 192.168.1.1

 

Qeyd olunan komandaları ardıcıl olaraq istifadə etdikdə topologiyada olan 3 ədəd PC öz İP-lərini alır:

---------------------- KOD ----------------------
configure terminal
 
interface fastethernet 0/0
 
ip address 192.168.1.1 255.255.255.0
 
no shutdown
 
exit
 
ip dhcp excluded-address 192.168.1.1 192.168.1.10
 
ip dhcp excluded-address 192.168.1.11
 
ip dhcp pool test
 
network 192.168.1.0 255.255.255.0
 
default-router 192.168.1.1
 
dns-server 192.168.1.1
 
exit

Həqiqətən də göründüyü kimi PC-lər İP-ləri 192.168.1.12 dən almağa başlayıblar.

Routerin payladığı İP-lərin hansı PC-ə yəni hansı Mac-adresinə aid olduğunu isə qısa şəkildə bu komanda ilə nəzərdən keçirə bilərik:

---------------------- KOD ----------------------
show ip dhcp binding

Qeyd: Mən burada simulyator kimi GNS3- dən istifadə etmişəm. Tələbələr isə Cisco Paket Tracer proqramından istifadə etməklə yuxarıda qeyd etdiyim komandaları Routerdə istifadə edə bilərlər.

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Murad Səmədov

Şərhlər ( 2 )

  1. Gözəl məqalədir Murad. Uğurlar.

Şərh yazın