Nslookup komandaları

Salam yoldaşlar! Technet komandasına qatılmağa çox şadam. İlk məqaləmdə sizlərə nslookup komandasının nə olduğunu və hansı imkanlara sahib olduğu  haqqında məlumat verməyə çalışacağam.

Nslookup nədir? DNS serverin düzgün çalışıb-çalışmadığına nəzarət etmək üçün istifadə olunur. Bu əmr vasitəsilə DNS serverə sorğular göndərə bilərik.

Bu necə işə salınır? Bunun üçün Win+R düymələrinə sıxılır və axtarış bölməsində cmd yazaraq pəncərəni açırıq :

Bu komandanı yazaraq enter düyməsini sıxdığımızda DNS ünvanının hansı olduğunu görəcəksiniz:

Bu əmr vasitəsilə biz hər hansı domain adın İP adresini öyrənə bilərik :

nslookup əmri üzərində MX, A, NS kimi rekordların hansı İP üzərində olduğunu öyrənə bilərik. Biz MX rekordu vasitəsilə domainin hansı mail serverə aid olduğunu müəyyən edə bilərik:


nslookup

set q=mx

cisco.com (Saytın ünvanı) 

Aşağıdakı komanda vasitəsilə isə biz MX rekordundan çıxa və nslookup komandasına təkrar qayıdıb domainlərin İP adreslərini öyrənə bilərik :


nslookup

set q=A

cisco.com (Saytın ünvanı) 

Domeinlərin hansı name serverə aid olduğunu bilmək üçün aşağıdakı komandadan istifadə olunur:


nslookup

set q=ns

cisco.com (Saytın ünvanı) 

nslookup sorğularımızı biz başqa DNS ünvanı üzərindəndə çalışdıra bilərik. Bunun üçün komanda sətrinə server DNS ünvanı adresiyazmağımız kifayətdir :

Sonda isə qeyd etmək istəyirəm ki, bu tip məqalələr mən tərəfdən tez-tez hazırlanacaq və davamlı şəkildə sizlərlə paylaşılacaq.

 

Səs: +30. Bəyənilsin Zəifdir

Müəllif: Murad Səmədov

Şərhlər ( 8 )

  1. Salam, Murad bəy.

    Xoş gəldin Technet Könüllüləri sırasına.

    Məqalə çox lazımlı və gözəldir. Ardını gözləyirik.

    Uğurlar.

  2. Murad bəy beyninizə qüvvət çox gözəl məqalədir Təşəkkürlər

  3. Murad çox oxunaqlı məqalədir. Axarıncı olsun.

  4. Welcome Murad 🙂 Ugurlar. Gozel ve maraqli meqaledir. Ellerine sagliq)

Şərh yazın