AUTO_CLOSE option performance effects

AUTO_CLOSE xüsusiyyətinin performansa təsiri

AUTO_CLOSE xüsusiyyəti , hər hansısa bir verilənlər bazası istifadə olunmadığı zaman  verilənlər bazasının avtomatik olaraq bağlanılması və verilənlər bazasının istifadə etdiyi server resurslarının sərbəst buraxılması üçün istifadə olunur. Bu xüsusiyyət Default olaraq SQL Server Express Edition versiyasında yaradılmış verilənlər bazasında “ON” olaraq gəlir. Yəni aktiv halda olur. SQL Server Express Edition da aktiv olmasının səbəbi də SQL serverin bu versiyasının qurulacağı serverin zəif bir server olacağı düşünülərək resursların qənaətcil istifadəsi üçün aktiv olaraq istifadə olunmayan verilənlər bazasının bağlanılması və artıq resurslardan istifadə etməməsi üçün düşünülmüşdür.

Bu xüsusiyyət açıq olduğu zaman gələn hər Connection-dan sonra verilənlər bazası açılıb bağlanılır. Verilənlər bazası hər dəfə açılıb bağlandığı zaman Proc Cache təmizlənir. Yüklü və çox istifadə olunan verilənlər bazasında isə bu bizim üçün ciddi problemlərin yaranmasına səbəb ola bilər. Qısacası yüklü verilənlər bazasında bu rejim “OFF” olaraq quraşdırılmalıdır.

Aşağıda bunu SQL skripti ilə OFF və ya ON edə bilərsiniz:

USE [master]

GO

ALTER DATABASE [AzeSSBIUG] SET AUTO_CLOSE ON WITH NO_WAIT

GO

Bunu SQL Server Management Studio (SSMS) ilə isə visual olaraq aşağıda göstərildiyi kimi edə bilərsiniz. Verilənlər bazası üzərində siçanın sağ düyməsini sıxırsınız və “Properties” bölməsinə daxil olursunuz.

auto_close

Açılmış pəncərədən “Options” bölməsinə keçirsiniz. Aşağıdakı kimi:

auto_close2

Beləliklər bu pəncərədən “Auto Close” False və ya True seçərək “OK” düyməsini sıxırsınız.

Səs: 0. Bəyənilsin Zəifdir

Müəllif: Sahil Pirverdiyev

Şərh yazın