SQL Server 2017-nin Windows Server 2016-da quraşdırılması

Salam Dostlar! Mən bu məqaləmdə sizə SQL Server 2017-nin Windows Server 2016 əməliyyat sistemində quraşdırılmasını addım-addım göstərəcəm. İlk öncə SQL Server 2017-ni buradan yükləməyiniz lazımdır.

İndi isə aşağıdakı şəkilləri addım-addım tətbiq edərək sizdə SQL Serverin yeni versiyasını rahatlıqla qurşadıra bilərsiniz.

Addım 1: Yüklənmə tamamlandıqdan sonra faylı açırıq.

Addım 2: Yuxarıdakı fayl açıldıqdan sonra DVD driver-ə bağlanmış olur. Bu zaman “setup” üzərinə gələrək mouse-un sol düyməsini 2 dəfə sıxırıq.

Addım 3:  Aşağıdakı kimi “SQL Server İnstallation Center” pəncərəsi açılır. Bu pəncərədən sol tərəfdəki menyuda göstərilmi. “İnstallation” bölməsinə keçirik və “New SQL Server stand-alone installation or add features to an existing installation” hissəyə daxil oluruq.

Addım 4: Daxil olduqdan sonra aşağıdakı kimi bir pəncərə ilə qarşılaşırıq. Bu bölmədə biraz gözləyirik və Növbəti addımdakı pəncərə açılır.

Addım 5: Bu bölmədə product key olduğu halda onu seçirik, əgər yoxdursa “Specify a free edition” seçərək 3 aylıq free istifadə edə bilərsiniz. Daha sonra “Next” düyməsi ilə davam edirik.

Addım 6: Lisenziya şərtlərini və qaydalarını qəbul etdikdən sonra “Next” ilə davam edirik.

Addım 7: Bu bölməni də müvəffəqiyyətli keçərək “Next” düyməsini sıxırıq

Addım 8:Bu pəncərədə Microsoft Update-ləri yoxlanılır. “Use Microsoft Update to check for updates” seçimini etdiyiniz halda yeniliklər təyin edilmiş olacaq. Bu addımı da “Next” düyməsi ilə keçirik.

Addım 9: Bu pəncərədə istəyinizə uyğun olaraq SQL Serveri sonuncu dəyişikliklərini yeniləyə bilərsiniz.

Addım 10: Bu pəncərədə gözləyirik və nəticədə Setup faylları quraşdırılır.

Addım 11: Bu addımda Windows Firewall-a aid xəbərdarlıq verilir. Yəni onu söndürməyimiz istənilir.

Addım 12: Windows Firewall pəncərəsinə daxil oluruq.

Addım 13: Bu addımda isə Windows Firewall söndürürük

Addım 14: Windows Firewall söndürüldükdən sonra “Re-run” düyməsini yenidən sıxsaq görərik ki, bu xəbərdarlıq yerinə yetirildi

Addım 15: Bu addımda, SQL Serverin sizə lazım olan xüsusiyyətlərini (Features) seçirsiniz

Addım 16: “Next” düyməsi ilə davam edirik.

Addım 17: SQL Serverin İnstance adını yazırıq və “Next” düyməsi ilə davam edirik.

Addım 18: Bu bölmədə SQL Serverin mövcud servislərini görürsünüz. Buradan da “Next” düyməsi ilə keçirik. Lakin istədiyiniz zaman və tələbə uyğun olaraq SQL Server Servislərini Manuel, Disable və Automatic rejimlərə keçirə bilərsiniz.

Addım 19: Giriş rejimini “Mixed Mode” seçirik və sa üçün şifrə daxil edirik. Həmçinin Windows authentication üçün də istədiyiniz Local və ya Doman istifadəçini “Add” düyməsi ilə əlavə edə bilərsiniz.

Addım 20:  Bu bölməni də “Next” düyməsi ilə davam edirik.

Addım 21: Bu bölmədə də istəyə görə Windows istifadəçi əlavə edərək “Next” düyməsi ilə davam edirik.

Addım 22: “Add” düyməsi ilə Windows istifadəçisi əlavə edirik və “Next” düyməsi ilə davam edirik.

Addım 23: İstədiyimiz uyğun “Controller Name” daxil edirik və “Next” düyməsi ilə davam edirik.

Addım 24: “Next” düyməsi ilə davam edirik.

Addım 25: “Next” düyməsi ilə davam edirik.

Addım 26: “Next” düyməsi ilə davam edirik.

Addım 27: SQL Server müvəffəqiyyətlə quraşdırıldı. İndi isə az əvvəl deaktiv etdiyimiz Windows Firewall aktiv edirik. Aşağıdakı kimi Windows Firewall pəncərəsini açırıq.

Addım 28: Bütün bölmələrdə “Turn on Windows Firewall” seçirik və “OK” düyməsini sıxırıq.

Addım 29:  “OK” düyməsini sıxdıqdan sonra aşağıdakı kimi “Windows Firewall” aktiv olur.

Ümid edirəmki sizin üçün yararlı olacaq.

Uğurlar!

 

Səs: +10. Bəyənilsin Zəifdir

Müəllif: Sahil Pirverdiyev

Şərhlər ( 2 )

  1. Təşəkkür edirəm Sahil bəy. Və sonda firewallda bu portları açmağı  unutmayın:

    TCP port 1433 – SQL Server default instance running over TCP

    TCP port 1434 – Dedicated Admin Connection

    UDP port 1434 – SQL Server Browser service

    TCP port 4022 – Service Broker

    TCP port 135 – Transact-SQL debugger

     

    • Tamamilə düz deyirsiniz Rauf müəllim. Təşəkkürlər qeyd etdiyiniz üçün. İstifadədən asılı olaraq hansı servisi istifadə edirsinizsə, onun portu mütləq açılmalıdır

Şərh yazın