WSUS – IIS Worker Process yüksək CPU istifadəsi

Salamlar hərkəsə, qarşılaşdığım bir xətanı və həll üsulunu sizlərlə bölüşmək istərdim . Bir neçə gün əvvəl SCOM ( System Center Operations Manager ) üzərindən aşağıdakı kimi xəta və xəbərdarlıqlar aldım :
SCCM ( System Center Configuration Manager) -in Component Status bölməsində də eyni mənzərə var idi:
wsyncmgr.log faylına nəzər yetirdiyim zaman isə aşağıdakı kimi bir xəta ilə rastlaşdım:
Server-ə qoşulma cəhdim rdp olaraq çox uzun çəkdi və baş tutmadı, console vasitəsilə virtual maşına qoşulduğum zaman isə performasının çox-çox aşağı düşdüyünü gördüm, zor bəla ilə açdığım task manager isə aşağıdakı kimi IIS Worker Process-inin (w3wp.exe) 100% -ə yaxın CPU resursu istifadə etdiyini göstərdi:
Eyni çətinliklə World Wide Web Publish Service -i söndürdüyümdə isə hər şey öz əvvəlki normal vəziyyətinə qayıtdı. Problemin həlli üçün bir sıra həll üsulları yoxladım məs: wsus-a məxsus application pool-da müəyyə dəyişiklikər etmək və s., amma bir nəticəsi olmadı. Daha sonrakı araşdırmadan aydın oldu ki , Microsoft WSUS -dakı bu və ya buna bənzər problemlərin həlli üçün avqust ayının 28-i müxtəlif platformalar üçün yenilənmələr yayınlayıb. Həmin yenilənmənin tətbiqindən sora problem aradan qalxdı. Yenilənmələr aşağıdakılardır:
- Windows Server 2016 (KB4039396)
- Windows Server 2012 R2 (KB4039871)
- Windows Server 2012 (KB4039873)
- WSUS 3.0 SP2 (KB4039929)
Platformaya uyğun yenilənməni link -dəki səhifədən axtarış edərək endirə bilərsiniz. Yararlı olması diləyi ilə.


Şərhlər ( 1 )
Çox sağolun dəyərli məlumat üçün