Radmin Deployment Tool ilə remote kompüterə radmin yazmaq

Salam dostlar, bu məqaləmdə sizə Radmin Deployment Tool vasitəsilə remote Client-ə Radmin serverin yazılmasını izah edəcəm. İlk öncə onu qeyd edim ki, əslində Domain mühitində GPO vasitəsilədə radmin proqramını yazmaq olar. Lakin bizim əsas məqsədimiz Radmin Deployment tool-u istifadə etməkdir. Radmin Deploymet tool-u  http://support.radmin.com/index.php?/ru/Knowledgebase/Article/View/136/36/Nabor-utilit-Radmin-Deployment linkindən yükləyə bilərsiz. İndi isə keçək Radmin Deployment vasitəsilə Client-ə Radmin server yazmaq mərhələsinə. Server olaraq Windows Server 2012 R2, Client kompüteri kimi isə Windows 7 Pro istifadə edirəm, Client Kompüteri domain üzvüdür.

Bizə lazım olan proqram qırmızı çərçivə ilə işarə olunub.

Proqramı işə salırıq və Alətlər menyusunda Entire Network üzərində gəlib  sağ düymə sıxıb Scan Network seçərək şəbəkədəki aktiv client kompüterlərinin siyahısını alırıq.

Şəkildən  görünür ki, şəbəkədə olan kompüterlərin siyahısı təsvir olundu.İndi isə istənilən kompüteri seçib üzərində mausun sağ düyməsini sıxırıq və açılan pəncərədə install application seçirik

Onu qeyd edim ki RDT GPO kimi MSİ fayli dəstəkləyir və MSİ faylina lazım olan icazə və ayarları vermək üçün Radmin MSİ Configurator tool-dan istifadə edirik ki, buda Deployment tool ilə birgə install edilir. İlk öncə MSİ faylını hazırlayaq, sonra client kompüterinə install edək.

MSİ Configurator açırıq sonra Next düyməsini sıxırıq Yeni Pəncərədə Radmin Server msi faylini seçirik

Sonra isə faylın settings və security ayarlarını düzəldirik. Mən sadəcə Security ayarını düzəldirəm, domain user olan natiq.h qoşulmağa icazə verəcəm

Sonda isə faylın adını verib onu Share olan qovluğda yaddaşa veririk.

Yenidən RDT -yə qayıdıb Client7  üzərində sağ düyməni sıxıb install application seçirik və hazırladığımız MSİ faylini yolunu göstərib ok düyməsini sıxırıq

 

RDT menyusunda Log Tabına keçib logları izləyirik, program yüklənən kimi log qeyd olunur. Client kompüterini yenidən başladıb proqramın işləməsini Radmin View vasitəsilə yoxlayırıq.

 

Bu qədər. Göründüyü kimi proqram uğurla yazılıb. Növbəti məqalələrdə görüşərik.

Səs: +20. Bəyənilsin Zəifdir

Müəllif: Natiq Hüseynov

Şərh yazın