Proxy Server haqqında

Proxy server vasitəçi(intermediary) maşın olub, kliyent və aktual server arasındakı kliyent sorğularını filter və caching edən şəbəkə servisidir. Aşağıdakı şəkildən məlum olduğu kimi proxy serverdə uyğun sazlamalar etdikdən sonra facebook və youtube saytların girişə qadağa qoyulmuş,  twitterə isə icazə verimişdir. Caching termini haqqında aşağıda izah verilmişdir.

Şəkil 1.

Proxy serverdən istifadənin faydaları:
1. Təhlükəsizlik(traffikin filter olunması)

2. Personların internet istifadəsinin idarə edilməsi

3. Caching vasitəsi ilə internet sürətinin artırmağa kömək edir

Proxy serverin əsas növləri.
1. Normal(Regular/Caching) Proxy

2. Transparent Proxy

3. Reverse Proxy

4. SOCKS Proxy

5. Və diğərləri

Normal Proxy(forward proxy) default olaraq 3128 portuna qulaq asan və manual olaraq kliyent tərəfdə sorğuların həmin porta  göndərilməsini tələb edən serverdir(şəkil 1).Proxy server lokal şəbəkədə olan kliyentlərdən sorğuları qəbul edir, internetdəki lazımı olan veb saytı açır və gələcək günlərdə həmin saytın açılmasının rahatlığı(sürət baxımından) üçün bir kopyasını(caching)  öz yaddaşında saxlayır.Daha sonra  hər hansı bir başqa kliyent eyni sorğunu proxy serverə göndərsə, bu zaman həmin saytın kontenti proxy serverdə saxlandığı üçün qısa bir müddət ərzində açılmış olacaq.
Transparent Proxy(başqa adı ilə intercepting, inline, forced proxy) normal Proxy kimi caching və filter üçün istifadə olunan proxy serveridir sadəcə əsas fərqi kliyent tərəfə fiziki olaraq yaxınlaşıb, ip və port konfiqurasiyalarını etmirsən(Özü avtomatik alır) (şəkil 1). Beləliklə, kliyent maşın proxy server haqqında məlumata sahib olmur. Bu tip proxy server əsasən böyük korporativ mühitlərdə kliyent tərəfdən iş yükünü azaltmaq üçün istifadə olunur(kliyentlərin çox olmasında dolayı).
Reverse Proxy bir növ daxil şəbəkədən gələn sorğuları yox əskinə xaricə şəbəkədən(internet) gələn sorğuları daxili şəbəkəyə yönləndirmədən  filter etmək üçün istifadə olunur.Bununla siz daxili şəbəkdə olan hər hansı servisi, xarici təsirlərdən qoruya bilər və internet trafikini azaltmış olarsınız. Əsasən veb serverə gələn sorğulari filter və caching etmək üçündur (Şəkil 2). Reverse Proxyni gateway kimidə düşünə bilərsiniz(from İnternet to Corporate LAN ). Reverse Proxy bizim daxili şəbəkəni https’dən də istifadə edərək qoruya bilər. Həmçinin load balancing(xaricidən gələn traffiki daxili şəbəkədəki təyin olunmuş servislərə ardıcıllıqla paylayır ), məlumatın sıxılması və s.  kimidə istifadə edilə bilər.

 

Şəkil 2.

SOCKS proxy serverlər bütün növ internet traffikini filter edə bilirlər(normal proxy serverlərdən fərqli olaraq, normal proxy serverlər əsasən veb traffikini filter edirlər).SOCKS proxy server POP3,SMTP,İnternet Relay Chat(İRC),FTP, torent traffikidə filter edə bilər. Buna görədə bəzən SOCKS proxy’ə torrent proxy’də deyilir. Mənfi cəhəti isə bütün sorğuları qəbul etdiyi üçün normal proxy serverlərə nisbətən daha gec işləyirlər.SOCKS proxy HTTPS’I  bütünlüklə dəstəkləyir. SOCKS5 SOCKS protokolunun axrıncı versiyasıdır və bura müxtəlif authentication(kimlik təsdiqləmə) metodları əlavə olunmuşdur.

Web proxy– bəzən biz iş yerimizdə olanda fb, youtube və s kimi saytlara qadağa qoyulur. Amma müəyyən pulsuz olan veb proxy serverlərə qadağa qoymaq unudulur.Biz bu veb proxylərdən istifadə edərək onlara daxil ola bilərik(www.hide.me , www.proxysite.com və s.). Bu saytlara daxil olub, daxil olmaq istədiyiniz veb səhifəni(fb.com ) açılan pəncərəyə daxil edirsiniz və həmin proxy serverdən sayt açılır. Bununla sizin ip ünvanınız gizlədilmiş olur amma bu zaman sizin traffikiniz və ip adresiniz həmin online olan proxy serverin admini tərəfindən görünür. Bunun üçün gərək https olan saytlardan istifadə etməyiniz məsləhətdir. Amma yendə veb proxy admin sizin ipnizi görəcəkdir amma daxil olduğunuz sayt sizin əsl ip addresiniz görə bilməyəcək, online veb proxy serverin ip ünvanını görəcək.

Bu proxy serverlərdən başqa , http,https, smtp, anomity(gizli) proxy serverlərdə vardır. Onlar haqqında aşağıda yerləşdirdiyim linklərdən oxuya bilərsiniz
Proxy server qurmaq üçün bir çox pulsuz həllər vardır(Squid, Pfsense, Kerio və s). Pfsense haqqında technet.az saytında kifayət qədər məqalə vardır. Squid barəsində gələcək zamanlarda məqalə yazmağı düşünürəm.
Bügünlük bu qədər.

Proxy server haqqında aşağıdakı linkdən oxua bilərsiniz
https://www.bestvpn.com/proxy-server/

 

Səs: +60. Bəyənilsin Zəifdir

Müəllif: Babək Məmmədov

Şərh yazın