Google Chrome-da ulduz işarələrinin altında gizlənən şifrəni aşkar etmək.
Salam. Yəqin ki, browserlərdə qara ulduz işarələrinin altındakı şifrələri təyin etmək hamı üçün maraqlıdır. Bunun üçün müxtəlif keylogger-lər var. Amma bunu browserdə aşağıdakı şəkillərdəki ardıcıllıq ilə yerinə yetirmək olar:
buradan mouse-in sağ düyməsi ilə qeyd edib, inspect element edirik, sonra açılan scriptdə “input type =password” olan hissədə “password” sözünü silib, “text” sözünü yazırıq.
Bundan sonra password yazılan hissədə şifrəni görə bilərik . “Text” sözünü silib yenidən “password” etsək, şifrə yenidən qara nöqtələrlə qeyd olunacaq.