Windows Server 2016 : HA | Failover Clustering -3

Xoş gördük,

Bu mövzumuzda iSCSI Target Serverin qurulumunu və  sazlanmasını həyata keçirəcəyik.
iSCSI Target Server  Windows Server məhsullarının ayrılmaz hissəsi olaraq  ilk dəfə Windows Server 2012 vasitəsilə təqdim olunub. Əvvəlki versiyalarda isə əlavə tətbiq kimi tənzimlənirdi.  İSCSİ Target Server xidmətinin qurulumu və tənzimlənməsi çox sadədir. Hazırki laboratoriya mühitində iSCSI Target Serverin imkanlarından yararlanacağıq.

1. iSCSI Target Server – Qurulumu : Server Manager –  Server Roles and Features -bölməsindən quruluma davam edirik.



2. Mövcud Serverimiz seçərək Next.

3.  Server Roles – File and Storage Services -File and İSCSİ Services – İSCSİ Target Server seçərək davam edirik. Lab mühiti üçün yetərli olacaq.

4. İnstall və bitdi. Qurulum bu qədər sadədir.

5. iSCSI Target Server – Sazlanması :  Bu addımda Failover Clustering & Clustered File Server mühiti üçün ehtiyac olacaq disklərin tənzimlənməsini həyata keçirəcəyik. Qurulumdan sonra Server Manager- File and Storage Services – iSCSI bölməsinə keçid edərək İSCSİ Virtual Disk sehirbazını çalışdıraraq ilk diskimizi yaradaq.

6. Next.

7. Cluster mühiti üçün ehtiyac olacaq Quorum diskini eyni adla yaradaq davam edirik.  Bu hissəyə diqqət etsək diskin sonuna .vhdx artırlıdığını görə bilərik. Bildiyimiz virtual disklərdir. Quorumla bağlı növbəti məqalələrimizdə ətraflı məlumat təqdim olunacaq.

8. Quorum diski üçün 1gb həcm yetərlidir. Next. 

9. Növbəti önəmli hissə : Bu bölmədə New iSCSI Target deyərək  diskin hansı serverlərə (Node01, N0de02) yönlədiriləcəyini təyin edirik.  Burda disk və yaxud virtual disk adlandırdığımız mövcud disklər, öncəki məqaləmizdə  qeyd olunan LUN-lardır.

10. Target Name olaraq WinSrv-2016-Nodes qeyd edərək  davam edirik.

11. Bu hissəni öncəki məqaləmizdəki WWN anlayışı ilə qarşılaşdıra bilərsiniz. Add  dediyimiz zaman bizdən İnitiator İD  tələb olunacaq. Yəni İSCSİ Storage-ə bağlanacaq Nodlar. Burada bir neçə metod tələb olunur. Biz Serverləri İP adresləri vasitəsilə tanıdacağıq.

12. Access Servers bölməsində doğru İP adresləri daxil olunmalıdır. Digər təqdirdə disklər (LUNlar) Nodlar üzərində görünməyəcək.

13. Bu bölmədə dəyişiklik etmədən Next deyərək davam edirik.

14. Addımların nəticəsini gözdən keçrib Create deyrək əməliyyatı bitiririk.

15. Həmin pəncərədən Tasks-New – iSCSI Virtal Disk deyərək növbəti diskimizi yaradaq.

16. Bu disk  növbəti məqaləmizdə Cluster mühitində File Server üçün istifadə olunacaq. FSRV-VHD01 deyərək davam edirik.

17. Testlər mühitində 10gb-lıq bir həcm bizim üçün yetərli olacaq.

18. Öncəki addımlarda yaratdığımız mövcud İSCSİ targeti seçərək davam edirik

19. Creat :).

Hələlik İSCSİ Target Server tərfində işlərimizi yekunlaşdırırıq. Bu mövzumuz məqalədən çox şəkillər və nextlər toplusu oldu :). Nəticəyə baxdığımız zaman  iki ədəd virtal disk yaradaraq həmin disklərə bağlanacaq Nodları təyin etdik.
Növbəti mövzumuzda Nodlar üzərində disk bağlantılarını təmin edərək WSFC xidmətinin qurulumunu və sazlanmasını reallaşdıracağıq.

Ardı var…

 

Səs: +70. Bəyənilsin Zəifdir

Şərh yazın